30-01-2026, 11:48 221

Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR

"Xırdalanı birbaşa Şamaxı istiqaməti ilə birləşdirəcək tunel layihəsinə xüsusi diqqət ayrıldı və bu təşəbbüsə müsbət münasibət bildirildi. Ötən gün keçirilən tədbirdə nəqliyyatın müxtəlif seqmentlərini əhatə edən bir sıra layihələr təqdim olundu. Qeyd etmək lazımdır ki, söhbət yalnız bir konkret layihədən deyil, avtomobil yolları, dəmir yolu, metro və tramvay xətlərinin vahid konsepsiya əsasında icrasından gedir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib

Onun sözlərinə görə, bu yanaşmanın əsas məqsədi yekunda şəhərdaxili və şəhərlərarası nəqliyyat sıxlığının azaldılmasıdır:

"Məlum olduğu kimi, Bakıdan iki əsas magistral istiqamət mövcuddur: Bakı–Quba–Rusiya sərhədi və Bakı–Şamaxı–Yevlax avtomobil yolu. Xırdalan şəhəri bu iki əsas magistral arasında yerləşir və indiyədək onları birləşdirən yol infrastrukturu məhdud olub. Mövcud M4 magistralı və qismən dəmir yolu bu əlaqəni təmin etsə də, bu imkanlar artıq artan yükü tam qarşılamırdı.

Yeni layihələr çərçivəsində dəmir yolunun altından bir neçə istiqamətdə tunel tipli yol ötürücülərinin tikilməsi nəzərdə tutulur. Bunlardan biri Bakı Dairəvi Yolunun altından keçən və hazırda icra mərhələsində olan layihədir. Bundan əlavə, daha iki yeni əlaqələndirici tunel inşa ediləcək. Bu, mövcud yol şəbəkəsindəki nəqliyyat yükünün bölüşdürülməsinə, alternativ marşrutların formalaşmasına və əlaqələrin daha səmərəli qurulmasına xidmət edəcək.

Bakının coğrafi yerləşməsi yarımada üzərində olduğundan klassik dairəvi yol sistemi mövcud deyil. Məhz bu səbəbdən yarımdairəvi yolların yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu yollar sürücülərə şəhər mərkəzinə daxil olmadan sürətli şəkildə müxtəlif istiqamətlərə - şimala, cənuba və qərbə çıxmaq imkanı verəcək. Layihəyə əsasən, üç yarımdairəvi yolun inşası planlaşdırılır".

Ekspert əlavə edib ki, bununla yanaşı, şəhərə daxil olan radial yolların sayı artırılacaq:

"Hazırda Sumqayıt istiqamətindən Bakıya əsasən bir radial yol mövcuddur. Yeni radial yolun tikintisi, eləcə də şəhər daxilində həyata keçirilən layihələr, o cümlədən Həsən Əliyev prospektinin uzadılması, "Ağ Şəhər" və Ağa Nemətulla küçəsinin əlaqələndirilməsi nəqliyyat axınlarının alternativ marşrutlara yönləndirilməsinə imkan yaradacaq.

Bu addım şəhərətrafı və şəhərdaxili hərəkətin daha rahat təşkilinə, avtomobil asılılığının azalmasına və ictimai nəqliyyatın payının artırılmasına ciddi töhfə verəcək. Ümumilikdə təqdim olunan layihələr vahid sistem kimi icra olunmaqla paytaxt və ətraf ərazilərdə nəqliyyatın daha axıcı, təhlükəsiz və dayanıqlı şəkildə təşkili məqsədinə xidmət edir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Gömrük borcunun hesablanmasında YENİLİK Bu gün, 15:48 Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib Bu gün, 15:48 Mayda hava 35°-dək yüksələcək - AYLIQ PROQNOZ Bu gün, 15:48 "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum oldu Bu gün, 15:48 Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq? Bu gün, 15:48 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi Bu gün, 15:48 AFFA "Neftçi"ni 12 min, "Qarabağ"ı 8 min cərimələdi Bu gün, 15:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi - Biri öldü Bu gün, 15:48 AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün  Avropaya yola düşüblər Bu gün, 15:48 Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ Bu gün, 15:48 Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu Bu gün, 14:49 Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib Bu gün, 14:49 Narkotikin təsiri altında qanunsuz maşın sürdü - HƏBS OLUNDU Bu gün, 14:49 Paytaxtın mərkəzi hissəsində boru partladı - Su küçəboyu axır Bu gün, 14:49 AZAL-ın təyyarəsi İrəvana eniş edib Bu gün, 14:49 Azərbaycanda malların müvəqqəti saxlanca yerləşdirilməsi şərtləri yüngülləşdirilir Bu gün, 14:49 Maliyyə Nazirliyinə Aparat rəhbəri təyin edilib Bu gün, 14:48 Növbəti köç karvanları Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 14:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçən 6 ailəyə mənzillərinin açarları təqdim olunub Bu gün, 14:48 Azərbaycan və Maldiv adaları arasında VİZA LƏĞV EDİLDİ Bu gün, 14:48 Kürdə su artdı - Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı Bu gün, 14:48 Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı Bu gün, 13:48 Xaçmazda dəhşətli qəza - Sürücülər öldü Bu gün, 13:48 Fərid Qayıbov: "İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir" Bu gün, 13:48 Tramp İranı təhdid edib: "Yaxşı oğlan" olmaq dövrü geridə qaldı Bu gün, 13:48 İdman zalında risk hesab edilən 3 məşq növü Bu gün, 13:48 2026-cı ildə ruslar ən çox bu ölkələrə səyahət edəcəklər Bu gün, 13:48 Vatikanla ABŞ arasında "ədalətli müharibə" mübahisəsi Bu gün, 13:48 Aİ Ukraynaya 90 milyard avroluq kreditin şərtlərini sərtləşdirə bilər Bu gün, 13:48 Bakıda tıxaclara son qoyacaq YENİ YOLLAR Bu gün, 13:48 Əməkdar jurnalistə vəzifə verildi Bu gün, 12:48 Bahar Muradova: "Qadınların ağır sahələrdə çalışması onların hüququdur" Bu gün, 12:48 Ürəyi dayanan 30 yaşlı aktyorun son vəziyyəti açıqlandı Bu gün, 12:48 Niderland Azərbaycanla parlamentlərarası məsləhətləşmələrə ümid edir Bu gün, 12:48 Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var Bu gün, 12:48 Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib Bu gün, 12:48 Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb Bu gün, 12:48 Daşqınlara qarşı yeni mərhələ: Nələr dəyişəcək? Bu gün, 12:48 Aprelin son günündə 22 dərəcə isti gözlənilir Bu gün, 12:48 Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City Bu gün, 11:48 7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ Bu gün, 11:48 Şahin Mustafayevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir Bu gün, 11:48 Mikayıl Cabbarov: "Zəngəzur dəhlizinin açılması Naxçıvanın daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək" Bu gün, 11:48 İqtisadiyyat naziri: "7 illik gəlir vergisi tətili effektiv olub" Bu gün, 11:48 Avropa 2025-ci ildə iqlim böhranını ağır yaşayıb Bu gün, 11:48 Boğazdakı yük gəmisi Müge Anlının villasına çırpılıb? Bu gün, 11:48 Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var Bu gün, 11:48 Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR