3-02-2026, 17:48 77

Aşağı faizli kredit vədi ilə 400 min manatlıq kiberdələduzluq: iki nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar "izi" itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400 min manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.

Paylaş

Xəbər lenti

Apple şirkətinin rekord gəlirləri açıqlandı Bu gün, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər Bu gün, 19:48 Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı Bu gün, 19:48 "Bakı Marafonu 2026" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Bu gün, 19:48 Xərçəng xəstəliyinə qarşı yeni müdafiə mexanizmi aşkar edilib Bu gün, 19:48 Hikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir" Bu gün, 19:48 Texasda təyyarə qəzasında beş nəfər ölüb Bu gün, 19:48 Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib Bu gün, 18:48 IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 18:48 Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA! Bu gün, 18:48 İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu Bu gün, 18:48 Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb Bu gün, 18:48 Belarus Azərbaycanda bir sıra sənaye layihələrinin həyata keçirilməsində maraqlıdır Bu gün, 17:48 Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib Bu gün, 17:48 Tender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et! Bu gün, 17:48 Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb Bu gün, 17:48 İran: ABŞ-nin hərbi əməliyyat xərcləri 100 milyard dollar olub Bu gün, 17:48 Tofiq Əsgərova yüksək vəzifə verildi Bu gün, 17:48 Vuçiç: Serbiyanın "nüvə silahı hazırlaması" iddiaları absurddur Bu gün, 17:48 Sabirabad rayonunda Kür çayının məcrası genişləndi - ANBAAN VİDEO Bu gün, 17:48 Prezidentin köməkçisi: İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik Bu gün, 17:48 Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar Bu gün, 17:48 Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA Bu gün, 16:48 Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Bu gün, 16:48 Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub Bu gün, 16:48 Çin nəhəngi yapon brendini ittiham etdi Bu gün, 16:48 Müğənni Tülay Özer vəfat edib Bu gün, 15:48 Salyanda Kür çayının hündürlüyü körpüyə qədər yüksəlib Bu gün, 15:48 Sabirabad rayonunda Kür çayı BƏNDİ YARDI - ANBAAN VİDEO Bu gün, 15:48 Bakıda WUF13-də BMT-ni 20-yə yaxın yüksəkvəzifəli nümayəndə təmsil edəcək Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub Bu gün, 15:48 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA Bu gün, 15:48 Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır" Bu gün, 15:48 Sabunçudakı ruhi - əsəb dispanserindən xəstələrin qaçması xəbəri YALANDIR Bu gün, 15:48 Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır Bu gün, 15:48 Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib Bu gün, 14:48 İctimai nəqliyyatda əlavə vəsait tutulması məsələsinə RƏSMİ REAKSİYA Bu gün, 14:48 "Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB Bu gün, 14:48 "Qarabağ" "Neftçi" ilə oyunda azarkeşlərin davranışına görə 8000 manat cərimələnib Bu gün, 14:48 "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar Bu gün, 14:48 MM hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi I oxunuşda qəbul edib Bu gün, 14:48 İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNAT Bu gün, 14:48 İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək Bu gün, 14:48 Nərimanovda 2, 3, 4 otaqlı və studiya premium təmirli mənzillərin satışı davam edir! - "Kristal" Bu gün, 14:48 İsveçrədə 31 yaşlı şəxs "öz krallığını" elan etdi: 117 min kvadratmetr ərazini ələ keçirdi Bu gün, 14:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar söküldü Bu gün, 14:48 Trampa sui-qəsd cəhdi ilə bağlı yeni görüntülər yayımlandı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR