4-02-2026, 23:48 337

Ata ağır xəstəliyi olan uşağına əlillik ala bilmir:

Cəlilabad rayonunun Qarazəncir kənd sakini Qəfər Cəfərov Baku TV-nin qaynar xəttinə müraciət edib.

O bildirib ki, 9 yaşlı oğlu anadangəlmə ürək qüsurlu olsa da, əlilliyin müəyyən edilməsi üçün heç bir sənəd ala bilmir. İllərdir döymədikləri qapı, müraciət etmədikləri qurum da qalmayıb.

Q.Cəfərovun sözlərinə görə, övladının beyin MRT-si və digər müayinələri aparılıb, ürək problemindən başqa heç bir əlavə xəstəlik müəyyən olunmayıb:

"Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında bir həftə müalicə alıb. Xəstəxanadan çıxdığı gün "Forma 88" sənədini istədim, amma vermədilər. Altı ildir bu yollardayam. TƏBİB uşağın vəziyyətini bildi və bizi yenidən Respublika Klinik Xəstəxanasına yönləndirdi. Orada da eyni diaqnoz qoyuldu. Daha sonra "Yeni Klinika"ya göndərildik. Həmin klinikada uşağın vəziyyəti ağırlaşdı, 40 dəqiqə süni nəfəs verildikdən sonra özünə gəldi. Mənim tək istəyim odur ki, uşağın əlilliyi rəsmən təyin olunsun".

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 2017-ci il təvəllüdlü Ülvi Cəfərovun əlilliklə bağlı müraciəti araşdırılıb:

"Onun ixtisaslaşmış tibb müəssisəsi olan "Yeni Klinika"da müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişlə təmin edildiyi məlum olub.

Qəfər Cəfərov övladının müayinə olunduğunu və müayinə nəticələrinin ona 30.01.2026-cı il tarixində təqdim ediləcəyi barədə məlumat verib. Vətəndaşa müayinə nəticələrini əldə etdikdən sonra bütün tibbi sənədləri ilə Cəlilabad RMX-nin Həkim Məsləhət Komissiyasına müraciət etməsi haqqında məlumat verilib.

Həkim Məsləhət Komissiyasında tibbi sənədlərə baxış keçirildikdən sonra Ülvi Cəfərova təyin olunacaq diaqnoz və ya ağırlaşmaları "Əlilliyin müəyyən olunması meyarları"na uyğun gəldiyi halda tibbi-sosial ekspertiza müayinəsinə göndərişinin rəsmiləşdirilməsi mümkün olacaq".

Baku TV Qəfər Cəfərovla müalicə və müayinə nəticələrini əldə etdikdən sonra bir daha əlaqə saxlayıb.

O qeyd edib ki, sənədləri aidiyyəti tibb müəssisəsinə təqdim etsə də, övladının əlilliyinin rəsmiləşdirilməsi ilə bağlı hələ də konkret cavab ala bilməyib:

"Yanvarın 30-da cavabları götürdüm. Mənə dedilər ki, bu sənədləri Respublika Klinik Xəstəxanasına aparmalısan, orada uşağa diaqnoz qoyulmalı və əlilliklə bağlı rəy verilməlidir. Sənədləri apardım, amma həkimlər bildirdilər ki, nə rəy verə, nə də yazılı cavab təqdim edə bilərlər. İmtinanın səbəbini yazılı şəkildə istədim, lakin bundan da boyun qaçırdılar. Həkim dedi ki, get, hara istəyirsən şikayət et".

Paylaş

Xəbər lenti

Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48 Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub Dünən, 22:48 Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Dünən, 22:48 Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb Dünən, 22:48 Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur" Dünən, 22:48 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı Dünən, 20:48 İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb Dünən, 20:48 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək Dünən, 20:48 Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı Dünən, 20:48 Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Dünən, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR