12-02-2026, 13:48 180

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

AVESTA.AZ DTX-nin Mətbuat Xidmətinə xəbər verir ki, Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilmiş və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşmişlər.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəltmişlər.

Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilmişdir.

Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, "Milli Şura"nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda "şura"nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan "islahatlar"ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilmişdir.

Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışlar.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir.

Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Paylaş

Xəbər lenti

DYP-dən kənd texnikası sürücülərinə MÜRACİƏT Bu gün, 12:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib Bu gün, 12:48 Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb Bu gün, 12:48 Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY Bu gün, 12:48 Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi Bu gün, 12:48 Sabah Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib Bu gün, 12:48 İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 12:48 İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır Bu gün, 12:48 Prezident: Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir Bu gün, 12:48 "Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb Bu gün, 12:48 Türkiyədə məktəbə silahlı hücum edən şübhəlinin anası, atası, babası SAXLANILDI Bu gün, 12:48 Köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim edilib Bu gün, 12:48 İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir Bu gün, 12:48 Lalə Azərtaşdan Londonda oxuyan qızları ilə bağlı paylaşım Bu gün, 11:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı - ŞÜBHƏLİ SAXLANILDI Bu gün, 11:48 "Formula 1"ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib Bu gün, 11:48 Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur" Bu gün, 11:48 Bakıda tozlu hava neçə gün davam edəcək? Bu gün, 11:48 Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb? Bu gün, 11:48 Aygün Kazımovanın məktəb illərinə aid fotoları yayıldı Bu gün, 11:48 Nazilə Səfərli: "Evimdən 15 000 dollarlıq qızılım yoxa çıxdı" Bu gün, 11:48 3-cü kurs tələbəsi əməliyyatda öldü Bu gün, 10:48 Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ Bu gün, 10:48 Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub Bu gün, 10:48 Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Bu gün, 10:48 6 hava limanında uçuşlar təxirə salındı - Minlərlə sərnişin hava limanında qaldı Bu gün, 10:48 Bakıda bağça bağlandı - Valideynlərə sabah "uşaqları gətirməyin" deyildi Bu gün, 10:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı Bu gün, 10:48 Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb Bu gün, 10:48 "Formula-1"ə görə Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır Bu gün, 10:48 21 yaşında şəhadətə ucalan qəhrəman: "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" Bu gün, 09:48 Ukraynada fədakarlıq göstərən azərbaycanlılar: Biri Ali Radanın medalını aldı, digəri ölümdən döndü Bu gün, 09:48 Qaradağda yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi Bu gün, 09:48 Qərbi Azərbaycan İcmasında Alban xristian irsinin araşdırılması üçün işçi qrupu yaradılıb Bu gün, 09:48 "Barselona"nın sabiq baş məşqçisi: Hakimlər tarixən "Real"a daha çox rəğbət göstərib Bu gün, 09:48 Bakıda mənzildə bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib Bu gün, 09:48 "Azeri Light" nefti 4,5% ucuzlaşıb Bu gün, 09:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Maştağada fərdi yaşayış evində PARTLAYIŞ: İki nəfər yaralanıb Bu gün, 08:48 Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 08:48 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır? Bu gün, 08:48 Bakının üç rayonunda işıq olmayacaq Bu gün, 08:48 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən GÖRÜNTÜLƏR Bu gün, 08:48 "İstədiyim qədər pul versələr də, buna "yox" demərəm" Bu gün, 08:48 Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib Bu gün, 00:48 Serdar Ortaç vəsiyyətini açıqladı Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR