12-02-2026, 19:48 189

Kamran Əsədovun məhkəməsində şahidlər dindirildilər: Qəbul imtahanında texniki fırıldaq ifşa olundu

Buraxılış və qəbul imtahanları zamanı qanunvericiliyə zidd olaraq texniki avadanlıqlardan istifadə edilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə iclası keçirilib.

AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə davam edən prosesdə təqsirləndirilən şəxs qismində tanınan Kamran Əsədov məhkəməyə yazılı müraciət ünvanlayıb.

Kamran Əsədov müraciətində səhhətində yaranmış problemləri, həyat yoldaşının şəkərli diabet xəstəsi olmasını və himayəsində üç azyaşlı uşağın olmasını əsas gətirərək, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.

Prosesin gedişində digər təqsirləndirilən Gündüz Abbasov da analoji məzmunlu vəsatət qaldıraraq ev dustaqlığına buraxılmasını istəyib.

Dövlət ittihamçısı hər iki müraciətə etiraz edərək vəsatətlərin rədd edilməsini tələb edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

İclasın davamında şahidlərin ifadələri dinlənilib.

İş üzrə şahid qismində ifadə verən Şəfəq Əzizova bildirib ki, oğlunun görmə qabiliyyəti zəif olduğundan imtahanlara lazımi səviyyədə hazırlaşa bilməyib:

"Bu barədə ailə dostumuz Fuada danışdım. O, mənə Kamran müəllimlə əlaqə saxlamağı məsləhət gördü və nömrəsini verdi. Kamran müəllimin ofisinə getdim. O isə məni Gündüzün yanına yönləndirdi. Gündüz mənə xüsusi cihazlar təqdim etdi. Sonradan həmin avadanlıqları Kamrana geri qaytardım. Mənə dəymiş maddi ziyan tam ödənilib".

Digər şahid Fuad Qurbanov bildirib ki, Şəfəq xanım ona övladının imtahan nəticələrindən narahat olduğunu söyləyib:

"Kamran Əsədovu əvvəldən tanıyırdım. Ona bildirdim ki, tanışıma hazırlıq müəllimi lazımdır. Bir müddət sonra Şəfəq xanım mənə zəng edərək Kamranın onu Gəncəyə yönləndirdiyini və avadanlıq verdiyini dedi. Ona məsləhət gördüm ki, istəmirsinizsə, götürməyin. Pulu mən verməmişəm və bu işdə iştirakım olmayıb. Eşitdiyimə görə, 15 min manat ödəniş edilib. Lakin mən nə pulu, nə də həmin cihazları görmüşəm".

İş üzrə şahid qismində dindirilən Sevinc Ağcıyeva ifadəsində Gündüz Abbasovu tanıdığını qeyd edib:

"Qızım imtahana onların təqdim etdiyi cihazla daxil olmuşdu. Lakin avadanlıq işləmədi. İmtahanın səhəri günü cihazı geri qaytardıq. Bizdən 3 min manat istəmişdilər və demişdilər ki, imtahandan sonra ödəyərsiniz. Cihaz işləmədiyi üçün heç bir ödəniş etmədim".

Şahid qismində dindirilən abituriyent M. Ağcıyeva isə bildirib ki, imtahana daxil olarkən üzərində cihaz olsa da, texniki problem yaranıb:

"Atam məni imtahana apardı. İmtahan başlayan zaman səs gəlmədi. Cihazdan sadəcə xışıltı səsi eşidilirdi".

Məhkəmə prosesi fevralın 19-da davam etdiriləcək.

Xatırladaq ki, Kamran Əsədov ötən məhkəmə iclasında məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı rəsmi məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə qaydalara zidd köməklik göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş materiallar əsasında cinayət işi başlanıb. İşin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

İstintaq zamanı müəyyən edilib ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlu tərəfindən təşkil edilən kursun dinləyicilərinə imtahan zamanı sualları cavablandırmaqda kömək etmək məqsədilə gizli informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr qanunsuz hazırlanıb. Həmçinin onun Əsədov Kamran Alim oğlu ilə əlbir olaraq 3 nəfər, eləcə də şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 şəxsin üzərinə həmin avadanlıqları quraşdıraraq köməklik göstərməsinə əsaslı şübhələr müəyyən olunub.

Bundan əlavə, Sumqayıt şəhərində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə olmadan və qanunvericiliyin tələblərini pozaraq gizli informasiya alınması üçün nəzərdə tutulmuş 31 ədəd texniki vasitəni satmasına dair şübhələr aşkarlanıb.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz satma və əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3-cü və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə 302.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Gündüz Abbasov barəsində həbs, digər şəxslər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Əlavə edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə ona cərimə və qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR