
ABŞ ilə danışıqlar İranın ali dini lideri Əli Xameneinin koordinasiyası ilə aparılır və məqsəd problemləri həll etməkdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ruhanilərlə toplantıda deyib.
"O (Xamenei – red.) bütün sahələrdə hökuməti dəstəkləyir", - İran Prezidenti bildirib.
Pezeşkianın sözlərinə görə, hökumətin interaktiv yanaşması sayəsində qarşıdurma əvəzinə, əməkdaşlıq və qarşılıqlı anlaşma yolu seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.