18-02-2026, 15:48 112

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" ötən il ərzində uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində fəaliyyətini davam etdirib. 2025-ci ildə qaynar xəttə ümumilikdə 5520 müraciət daxil olub.

Müraciətlər xidmət tərəfindən sistemli şəkildə təhlil edilib, risklərin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə erkən müdaxilə mexanizmləri işə salınıb. Bu çərçivədə 127 ailəyə birbaşa səfər təşkil edilib, hər bir hal üzrə sosial qiymətləndirmə aparılıb, onlayn konsultasiyalar və ödənişsiz hüquqi dəstək təmin olunub.

Həmçinin, fərdi hallar üzrə uşaqlarla ayrıca görüşlər təşkil edilib, dövlət qurumları ilə multidissiplinar əməkdaşlıq çərçivəsində koordinasiyalı iş aparılıb, qrup terapiyaları həyata keçirilib. Ümumilikdə, görülən tədbirlər konkret müraciətlərin həlli ilə yanaşı, uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılmasına, təhlükəsiz mühitin təşviqinə və qaynar xəttin əlçatanlığının genişləndirilməsinə xidmət edib.

Müraciətlərin təsnifatına gəldikdə, onların əhəmiyyətli hissəsi uşaqların psixoloji və sosial rifahı ilə bağlı olub. 1605 müraciət psixoloji problemlər, 823 müraciət sosial məsələlər, 808-i isə zorakılıq halları ilə əlaqəli olub. Qeyd edək ki, zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 120, qısnama (bullinq) ilə bağlı 53 müraciət qeydə alınıb.

2025-ci il ərzində uşaqların istismarı və həssas vəziyyətindən sui-istifadə hallarına dair ümumilikdə 165 müraciət qeydə alınıb. Bunların 60-ı erkən nikah, 54-ü təhlükəli ailə mühitini tərk etmə, 44-ü dilənməyə məcbur edilmə, 7-si isə əməyin istismarı hallarını əhatə edib.

Bundan əlavə, sosial sahə üzrə müraciətlərdən 168-i sığınacaqla təmin olunma, 76-sı isə intihar düşüncələri və təşəbbüs cəhdləri üzrə qeydə alınıb ki, bu da psixoloji dəstəyə olan ehtiyacın aktuallığını göstərir.

Hüquqi yardım üzrə 730, təhsil sahəsi üzrə 302, səhiyyə hüququ üzrə isə 56 müraciət daxil olub. Digər müraciətlər isə ümumi xarakterli suallar və xidmət barədə məlumat sorğularını əhatə edib.

Statistik göstəricilərə əsasən daxil olan müraciətlərin 2995-i qadın, 1541-i kişi tərəfindən, 984-ü isə anonim şəkildə edilib. Yaş bölgüsünə gəldikdə, ümumilikdə 2025-ci ildə qeydə alınan müraciətlərin 3754-ü 15-18 yaş, 1324-ü 11-14 yaş, 442-si isə 10 yaşa qədər olan uşaqlarla bağlı olub.

"Uşaq Qaynar Xətti"nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmayıb. Qaynar xətt 2025-ci il ərzində məktəblərdə və onlayn platformalarda maarifləndirmə kampaniyaları da təşkil edib.

2010-cu ildən fəaliyyət göstərən qaynar xətt xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar və onların problemləri ilə bağlı müraciət edən şəxslər üçün nəzərdə tutulub. Xidmət çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərməyi hədəfləyir. Dəstək Xəttin əsas prinsipi məxfiliyin qorunmasıdır. Daxil olan məlumatlar yalnız zəruri hallarda və müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.

Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, rəsmi internet səhifəsi, sosial şəbəkələr və mobil tətbiqlər vasitəsilə xidmət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ümumilikdə 81000-dən çox müraciət daxil olub. Xidmət "Azercell Telekom" MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Paylaş

Xəbər lenti

Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb Bu gün, 11:48 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb Bu gün, 11:48 "Qarabağ" Zubirə əvəzləyici tapdı Bu gün, 10:48 Məşhur general professor oldu Bu gün, 10:48 Nyu-York merinin Azərbaycana qarşı qərəzli kampaniyasına cavab olan petisiyanı sən də İMZALA! Bu gün, 10:48 MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır Bu gün, 10:48 Muhammad Nasar Hayat: FAO Qarabağda yeni layihələr planlaşdırır Bu gün, 10:48 Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR