
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukraynanın “Dnepr-1” futbol klubunu diskvalifikasiya edə və avrokuboklarda iştirakdan kənarlaşdıra bilər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, UEFA-ya “Dnepr-1”in “Dnepr” komandasının yeni adı olması ilə bağlı şikayət daxil olub. Məlumat təsdiqlənərsə, klub “Dnepr”in bütün borclarını ödəməli, eləcə də avrokuboklarda iştirakdan kənarlaşdırılmalı olacaq.
Xatırladaq ki, “Dnepr-1” Konfrans Liqasının 1/16 finalında Larnakanın “AEK” komandası ilə qarşılaşacaq. İlk görüş fevralın 16-da, cavab görüşü isə fevralın 23-də baş tutmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.