
İsrail İrana qabaqlayıcı zərbə endirib.
BAKU.WS İsrailin "Times of Israel" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat yayıb.
O bildirib ki, ölkənin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib.
"İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib", - nazir bildirib.
İsrailin bütün ərazisində sirenlər işə düşüb, İsrail Müdafiə Ordusunun arxa cəbhə komandanlığı mülki əhalini sığınacaqlara yaxın olmağa çağırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.