3-03-2026, 11:48 202

İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, "Zeynəbiyyə" Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

BAKU.WS Komitəyə istinadən xəbər verir ki, tədbirdə soydaşlarımızla yanaşı, Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, yerli din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri yalnız siyasi və strateji tərəfdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu münasibətlər əsrlərin sınağından çıxmış ortaq tarixə, zəngin mədəni irsə və eyni mənəvi dəyərlərə söykənən sarsılmaz birlik modelidir.

O qeyd edib ki, iki Cümhuriyyət sevincdə də, kədərdə də daim bir-birinin yanında olub, çətin məqamlarda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirib. Bu qardaşlıq fəlsəfəsi Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülən ideyalarla daha da möhkəmlənib və bu gün də dövlətlərimizin siyasətində əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri iki dövlət arasındakı sarsılmaz birliyin rəmzinə çevrilib.

Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan və Türkiyə təkcə regionda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi deyil, həm də beynəlxalq müstəvidə söz və nüfuz sahibi olan, qlobal proseslərə təsir göstərmək imkanına malik iki qardaş dövlətdir.

O əlavə edib ki, hər iki ölkənin bayraqları müqəddəs şəhid qanları ilə yoğrulub və bu bayraqlar qarşısında xalqlarımızın mənəvi borcu var. Məhz bu müqəddəs dəyərlər Azərbaycan-Türkiyə birliyini əbədi və sarsılmaz edir.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Azərbaycan-Türkiyə münasibətlərini eyni kökdən gələn qardaş dövlətlərin əlaqələri kimi xarakterizə edib. O bildirib ki, bu münasibətlər ortaq tarix, dil və mədəni dəyərlər üzərində qurulub, bir çox sınaqlardan keçərək daha da möhkəmlənib və sarsılmaz bağa çevrilib. Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir, "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin əsasını təşkil edir və mənəvi bağlarımızı daha da gücləndirir.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım ötən il Qars və İğdırda təşkil edilən iftar mərasimlərinin əhatə dairəsinə İstanbul şəhərinin də əlavə edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür tədbirlər yalnız dini-mənəvi dəyərlərin yaşadılması deyil, eyni zamanda iki qardaş xalq arasında birlik və həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm platformadır. Şamil Ayrım vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında mövcud olan "Bir millət, iki dövlət" anlayışı təkcə siyasi şüar deyil, həm də gündəlik həyatın müxtəlif sahələrində - o cümlədən dini və mədəni mərasimlərdə öz əksini tapır. İftar süfrələri də bu birliyin, qarşılıqlı hörmət və dəstəyin bariz nümunəsidir.

Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz müqəddəs Ramazan ayının bütün İslam aləmi üçün xeyirli, bərəkətli və sülh dolu keçməsi arzulayaraq bildirib ki, bu ay yalnız oruc ibadəti ilə deyil, həm də mənəvi saflaşma, mərhəmət, paylaşma və həmrəylik duyğularının gücləndiyi müstəsna bir zamandır. Ramazan süfrələri, xüsusilə iftar məclisləri insanları bir araya gətirən, cəmiyyətdə birlik və qardaşlıq bağlarını möhkəmləndirən mühüm mənəvi dəyərdir. Qeyd edib ki, eyni süfrə arxasında toplaşmaq insanlar arasında sevgi, qarşılıqlı anlayış və dəstək hisslərini daha da gücləndirir. Çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə də xüsusi yer ayıran S.Özgündüz vurğulayıb ki, həm Birinci Qarabağ müharibəsi dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı Türkiyə hər zaman Azərbaycanın yanında olub, haqq işinə dəstək verib.

Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş qeyd edib ki, Ramazan ayı insanları birliyə, yardımlaşmaya və qardaşlığa səsləyən ilahi çağırışdır. Onun sözlərinə görə, Ramazan yalnız fərdi ibadət ayı deyil, eyni zamanda cəmiyyətin bütövləşməsi, insanlar arasında mərhəmət və paylaşma duyğularının güclənməsi üçün mühüm fürsətdir. O, Ramazan ayının insanlıq naminə birliklərə vəsilə olmasını, müsəlmanlar arasında vəhdət və dayanışmanın daha da möhkəmlənməsini diləyib.

Çıxışında müsəlman dünyasının qarşısında duran çağırışlara da toxunan S.Arpaquş bildirib ki, müasir dövrdə müsəlman ölkələri yalnız dini və mədəni sahədə deyil, elm, texnologiya, innovasiya və iqtisadi inkişaf istiqamətlərində də daha sıx əməkdaşlıq etməlidirlər. Onun fikrincə, İslam dünyası ortaq dəyərlər əsasında bir araya gələrək bilik və texnologiya sahəsində işbirliyini gücləndirməli, gənc nəslin təhsilinə və inkişafına xüsusi önəm verməlidir. Bu həm ümumi rifahın yüksəlməsinə, həm də qlobal miqyasda daha güclü mövqe qazanmağa xidmət edəcək.

Safi Arpaquş vurğulayıb ki, qardaşlıq düşüncəsi insanlar və xüsusilə müsəlmanlar arasında əsas qayə olmalıdır. Din, dil və mədəniyyət yaxınlığı müsəlman xalqları bir-birinə daha da yaxınlaşdırmalı, aralarındakı fərqlər deyil, ortaq dəyərlər ön plana çəkilməlidir.

Mərasim Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Fəyaz Nəsirzadənin Quran tilavəti və iftar duasının oxunması ilə davam edib.

Ramazan duaları oxunduqdan sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR