3-03-2026, 19:48 211

Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi

Azərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji təzyiqdən müdafiəsi ideyası üzərində qurulub.

"Stop Cortisol" ifadəsi ingilis dilindən tərcümədə "kortizolu dayandır" mənasını verir. Kortizol stress hormonu kimi tanınır və uzunmüddətli gərginlik zamanı yüksələrək insanın emosional və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir.

Bu baxımdan, mahnının adı simvolik məna daşıyır və stressə, manipulyativ münasibətlərə, emosional nəzarətə, o cümlədən narsissizm (özünə həddindən artıq vurğunluq və empati çatışmazlığı ilə xarakterizə olunan davranış modeli) kimi hallara qarşı mesaj kimi səslənir.

Psixologiyada narsist davranış dedikdə, qarşı tərəfin hiss və ehtiyaclarını nəzərə almadan diqqət mərkəzində olmağa çalışmaq, münasibətlərdə dominant mövqe tutmaq meyli başa düşülür.

Kompozisiyada şəxsi sərhədlərin qorunması, özünə hörmət və daxili azadlıq mövzularına xüsusi vurğu edilir.

Sənətçi bildirib ki, layihənin əsas məqsədi insanın özünü itirmədən münasibətlərdə balansı qorumasına diqqət çəkməkdir:

"Mən sözlərin və melodiyanın müəllifiyəm. Mənim üçün vacibdir ki, klip düşüncələrimi və daxili vəziyyətimi əks etdirsin."

Trekin aranjimanı məşhur musiqiçi Farid Ağa tərəfindən hazırlanıb. Müasir üsluba əlavə olunan şərq notları kompozisiyaya fərqli musiqi atmosferi qazandıraraq layihənin emosional təsirini gücləndirir.

Klipin əsas xüsusiyyəti onun tamamilə süni intellekt vasitəsilə yaradılmasıdır. Süjet xətti və vizual obrazlar layihənin müəllifi tərəfindən formalaşdırılıb. Sofi Fayro layihədə müğənni olmaqla yanaşı, söz və melodiyanın müəllifi, ssenari müəllifi, rejissor, montajçı və prodüser kimi çıxış edir. Layihə SANSARA MUSIC prodakşn dəstəyi ilə ərsəyə gəlib.

"Stop Cortisol" təkcə yeni musiqi işi deyil, həm də emosional sağlamlıq, toksik münasibətlər, narsist davranış modelləri fonunda şəxsi sərhədlərin qorunması ilə bağlı çağırış kimi təqdim olunur. Layihə göstərir ki, müasir musiqi yalnız estetik deyil, eyni zamanda sosial və psixoloji mesaj daşıya bilər.

Qeyd edək ki, Sofi Fayro beynəlxalq səviyyədə "Jara Festivalı 2021"də, "Eurovision Azərbaycan 2013"də və "Miss Civilization of Azerbaijan 2012"də iştirak edib. O, "Best International Singer Award", "Rusiya Gözəllik Tanrıçası 2021" mükafatının laureatı olub və modelyer Vyaçeslav Zaytsev tərəfindən keçirilən "Dünyanın ən gözəl Azərbaycan qadını" müsabiqəsinin qalibi seçilib.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR