6-03-2026, 18:48 107

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

BAKU.WS xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.

Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.

Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.

Əziz xanımlar!

Bayramınız mübarək olsun!"

Paylaş

Xəbər lenti

Nazir Arzu Qarazadəyə vəzifə verdi Bu gün, 14:48 Sosial ödəniş alanların NƏZƏRİNƏ! Sabah YEKUNLAŞACAQ Bu gün, 14:48 Ağstafada qəza, xəsarət alanlar var Bu gün, 14:48 İran millisinin ABŞ-də keçiriləcək DÇ-2026 oyunlarına hazır olduğu açıqlanıb Bu gün, 14:48 Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir Bu gün, 13:48 Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir Bu gün, 13:48 Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb Bu gün, 13:48 2027-ci ildə Avropa Birliyinə daha bir ölkə qoşula bilər Bu gün, 13:48 Günəşdə partlayış qeydə alınıb Bu gün, 13:48 Elektrik xətlərinə dəyən təyyarə dayanacağa düşdü Bu gün, 13:48 Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər" Bu gün, 13:48 Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzini ziyarət edib Bu gün, 12:48 Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib Bu gün, 12:48 Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi Bu gün, 12:48 Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi Bu gün, 12:48 Florensiyada turist tarixi heykəli zədələyib: 5 min avroluq ziyan Bu gün, 12:48 Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər Bu gün, 12:48 "Fantaziya" hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab Bu gün, 12:48 Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib Bu gün, 12:48 TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Bu gün, 12:48 İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək Bu gün, 12:48 I rübdə 89 cinayət işi başlanıb, milyonlarla manat ziyan ödənilib Bu gün, 12:48 İncəsənət məktəblərinə qəbul imtahanlarının əyani mərhələsi başlayır Bu gün, 12:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ! Yaxın günlərdə... Bu gün, 11:48 Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır Bu gün, 11:48 "SOCAR Trading": Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır Bu gün, 11:48 Sabah saat 10-dan QAZ OLMAYACAQ - Bu ərazilərdə... Bu gün, 11:48 Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq Bu gün, 11:48 Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz Bu gün, 11:48 Beynəlхalq axtarışda olan 2 şəxs Azərbaycana ekstradisiya edilib Bu gün, 11:48 Nobel mükafatlı yazıçı vəfat edib Bu gün, 11:48 Kür çayı daşdı, evləri və əkin sahələrini su basdı - ADSEA-dan açıqlama Bu gün, 11:48 Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb Bu gün, 11:48 Ağcabədidə Kür çayı bəndi yarıb Bu gün, 11:48 Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu Bu gün, 10:48 Neftimizin qiyməti 113 dolları keçib Bu gün, 10:48 Anar Məmmədxanovun vəfatından 15 il ötür Bu gün, 10:48 Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanıldı Bu gün, 10:48 Mikayıl Cabbarov Avropa çempionu olan güləşçiləri təbrik edib Bu gün, 10:48 Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər Bu gün, 10:48 "Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayır Bu gün, 10:48 Yassin Benziyadan "Qarabağ"la bağlı paylaşım - "Hakim biabırçıdır" Bu gün, 10:48 3 ayda 1300-ə yaxın əcnəbi Azərbaycanda daimi yaşamaq üçün müraciət edib Bu gün, 10:48 Ağstafada 8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir Bu gün, 10:48 Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub Bu gün, 09:48 Badamdar sakinlərinin NƏZƏRİNƏ Bu gün, 09:48 Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub Bu gün, 09:48 Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR