
Livanın şiə hərəkatı "Hizbullah" tərəfindən həyata keçirilən raket hücumları nəticəsində İsrail ordusunun 8 hərbçisi yaralanıb.
AVESTA.AZ İsrail mediasına istinadən xəbər verir ki, hücum zamanı xəsarət alan hərbçilərdən beşinin vəziyyəti ağır qiymətləndirilir.
Digər üç hərbçi isə yüngül yaralanıb və onlara tibbi yardım göstərilir.
Yaralananlar arasında İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlunun da olduğu bildirilir. Onun da hadisə zamanı xəsarət aldığı, lakin vəziyyəti ilə bağlı əlavə məlumat verilmədiyi qeyd olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.