
Türkiyədə 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, yeraltı təkanlar ölkənin Denizli vilayətinin Buldan rayonunda baş verib. Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 10:21) qeydə alınıb. Seysmik hadisənin ocağı 7 kilometr dərinlikdə yerləşib.
5.1 maqnitudalı təkanların ətraf əyalətlərdə də hiss olunduğu vurğulanır. İlkin məlumata əsasən, itki və ya dağıntı barədə hər hansı məlumat daxil olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.