
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər.
AVESTA.AZ xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco-nun baş icraçı direktoru Amin Nasser bildirib.
O qeyd edib ki, regionun neft-qaz sənayesi əvvəllər də müxtəlif fasilələrlə üzləşib, lakin mövcud vəziyyət indiyədək qarşılaşdıqları ən böyük böhrandır.
"Biz əvvəllər də fasilələr yaşamışıq, lakin bu, regionun neft və qaz sənayesinin üzləşdiyi ən böyük böhrandır", - deyə Nasser bildirib.
Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, İrana qarşı zərbələr davam edəcəyi halda regiondan neft daşınmasına icazə verilməyəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.