
İsraildə hava hücumundan müdafiə sistemi olan "Dəmir qübbə" Livanın "Hizbullah" hərəkatının həyata keçirdiyi kütləvi raket hücumunu tam şəkildə dəf edə bilməyib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "New York Post" qəzeti İsrail ordusundakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, 11 mart tarixində "Hizbullah" İsrail ərazisinə doğru 100 raket buraxıb. Lakin "Dəmir qübbə" sistemi onların yalnız yarısını zərərsizləşdirə bilib.
Bildirilir ki, Livan ərazisindən edilən bu hücum İsrailin raketdən müdafiə sisteminin sınağına çevrilib.
???? NOW: INSANE FOOTAGE AS HEZBOLLAH FIRES 100 ROCKETS INTO NORTHERN ISRAEL - ALL RESIDENTS ORDERED TO STAY AT SHELTERS pic.twitter.com/iaOzBfkhqS
— Breaking911 (@Breaking911) March 11, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.