14-03-2026, 14:48 422

Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?

Kənd əhalisinin şəhərlərə üz tutmasının arxasında sosiallaşma, mədəni tədbirlərə yaxınlıq, keyfiyyətli yaşam mühiti və nəqliyyat imkanlarının əlçatanlığı kimi amillər dayanır. Ekspertlər prosesin davam edəcəyi qənaətindədirlər.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu proqnoz qlobal miqyasda məskunlaşma strukturunun necə dəyişdiyini açıq şəkildə göstərir. Əslində, bu, təkcə demoqrafik dinamika deyil, həm də iqtisadi modelin, əmək bazarının, sosial münasibətlərin və infrastruktur planlamasının transformasiyası deməkdir. Qlobal tendensiya fonunda Azərbaycan da istisna deyil. Son illərdə ölkəmizdə sürətli urbanizasiya gedir, kəndlər boşalır, əhali şəhərlərə köç edir. Rəsmi statistikaya əsasən, hazırda ölkə əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Maraqlıdır, bu prosesin gələcəyi necə görülür? Narahatlıq üçün əsaslar varmı?

Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?

İqtisadi mərkəzləşmə şəhər əhalisinin sayını artırır

Deputat Azər Allahverənov hesab edir ki, son illər urbanizasiya qlobal miqyasda sürətlə artıb:

"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sənaye və iqtisadi mərkəzləşmə şəhər əhalisinin sayının kəskin artmasına səbəb olur. Beynəlxalq demoqrafik mərkəzlər və ekspert qrupları artıq bu dinamikanın sosial nəticələri ilə bağlı narahatlıq ifadə edirlər. Halbuki bir neçə onillik əvvəl urbanizasiya templəri indiki qədər yüksək deyildi və şəhər əhalisinin sayı bu qədər sürətlə artırmırdı".

Deputatın sözlərinə görə, Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmayıb:

"Xüsusilə 1990-cı illərin ikinci yarısı və 2000-ci illərin əvvəlində urbanizasiya tempi nəzərəçarpacaq dərəcədə artıb. Bu dövr Bakıda tikinti bumunun başladığı mərhələyə təsadüf edir. Paytaxt və digər iri şəhərlərdə tikinti sektorunun genişlənməsi minlərlə yeni iş yerinin yaranmasına gətirib çıxarıb və bu, regionlardan əmək ehtiyatlarının şəhərlərə axınını stimullaşdırıb. İnsanlar daha stabil və əlçatan məşğulluq imkanları üçün urban mərkəzlərə üz tutublar".

Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?

A.Allahverənov urbanizasiyanın sürətlənməsində digər mühüm faktor kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərir. Onun fikrincə, ölkə ərazisinin beşdəbir hissəsinin uzun illər işğal altında qalması, təmas xətti boyunca yaşayan əhalinin təhlükə altında olması həmin bölgələrdə yaşayan insanların iri şəhərlərə köçünü qaçılmaz edib.

Böyük qayıdış fonunda yeni ssenari

Deputat sonrakı mərhələdə dinamikanın qismən dəyişdiyini vurğulayıb:

"İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri yeni mərhələnin əsas istiqamətini müəyyənləşdirib. Rəsmi məlumatlara görə, artıq 70 minə yaxın insan həmin ərazilərə qayıdıb. Böyük Qayıdış proqramının birinci mərhələsi ilə 2026-cı ilin sonuna qədər təxminən 200 min nəfərin geri dönüşü nəzərdə tutulur. Bu, urbanizasiya tempinə təsir edən amildir, lakin şəhərlərdən kəndlərə kütləvi dönüş baş verməyib. Amma yenə də regionların inkişafına yönəlmiş iqtisadi və infrastruktur layihələri müəyyən əhali qruplarının geri qayıdışını stimullaşdırır və bu proseslərin dolayısı ilə dəstəklənməsini təmin edir".

Deputat deyir ki, urbanizasiya daha çox Bakı üçün xarakterik olaraq qalır. Bölgələrdən digər iri şəhərlərə axın paytaxtla müqayisədə o qədər də intensiv deyil. Lakin məqsədyönlü islahatlar və regional iqtisadiyyatın şaxələndirilməsi nəticəsində bölgələr insanların yaşaması və işləməsi üçün daha cəlbedici məkana çevrilə bilər.

Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?

Urbanizasiya təzyiqlərini azaltmağın yolları

İqtisadçı-ekspert Eyyub Kərimli isə bildirib ki, urbanizasiya təkcə iqtisadi səbəblərlə bağlı deyil. Kənd əhalisinin şəhərlərə üz tutmasının arxasında həm də sosiallaşma, mədəni tədbirlərə yaxınlıq, keyfiyyətli yaşam mühiti və nəqliyyat imkanlarının əlçatanlığı kimi amillər dayanır. Ekspert vurğulayıb ki, iri şəhərlərdə iqtisadiyyatın inkişafı, müəssisələrin şəhərlərdə yerləşməsi və sənayeləşmə prosesləri zəncirvari effekt yaradır. Daha çox əhali şəhərlərdə geniş bazar və tələb yaratdığı üçün müəssisələr şəhərə yaxın olmağa üstünlük verirlər. Bu isə insanları həm iş tapmaq, həm də daha rahat həyat şəraiti üçün urban mərkəzlərə cəlb edir.

E.Kərimli hesab edir ki, urbanizasiyanın qarşısını müəyyən qədər almaq üçün kəndlərdə şəhərə yaxın yaşam şəraiti təmin edilməlidir. Bunun üçün yol infrastrukturu, kommunikasiyalar, internet imkanları yaxşılaşdırılmalı, əyləncə və sosiallaşma imkanları genişləndirilməlidir. Fermer təsərrüfatlarının, kənd turizminin və ailəvi turizm imkanlarının inkişafı da insanların kəndlərdə qalmasını təşviq edə bilər.

Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?

Ekspert əlavə edir ki, ali təhsil müəssisələrinin bölgələrə yerləşdirilməsi də kəndlərin canlanmasına və əhalinin bölgələrdə qalmasına müsbət təsir göstərər. Belə tədbirlər urbanizasiyanın təzyiqini azaltmaq və kəndlərin iqtisadi-sosial cəlbediciliyini artırmaq üçün strateji əhəmiyyət daşıyır.

Bakı və Abşeronun yükü azala bilər

Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov bildirib ki, hazırda rəsmi statistikaya görə, ölkədə şəhər əhalisinin payı 54.4 faizdir. Onun sözlərinə görə, bu rəqəmlər faktiki vəziyyəti tam əks etdirmir, çünki əhalinin böyük hissəsi Bakı və Bakıətrafı ərazilərdə toplanıb:

"Son 25 ildə şəhər əhalisi təxminən 1.5 milyon nəfər artıb ki, bunun da bir milyondan çoxu Bakı və Abşerona düşür. Bakı aqlomerasiyasına baxdıqda, ümumi şəhər əhalisi artımının təxminən 70 faizi bu bölgəyə aid olur. Qeyri-rəsmi məlumatlara görə, Bakının əhalisi 4 milyona yaxındır. Abşeron iqtisadi rayonunda rəsmi 870 min nəfər əhali olduğu göstərilsə də, qeyri-rəsmi rəqəmlər bir milyona yaxındır".

Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?

E.Bədəlov hesab edir ki, gələcəkdə şəhər əhalisi artmağa davam edəcək. İşğaldan azad edilmiş Qarabağ zonasında yeni şəhərlərin tikilməsi, həmçinin digər iri şəhərlərdə infrastrukturun inkişafı nəticəsində şəhər əhalisinin payı 10-15 il ərzində 80 faizə çatacaq. Bu isə Bakı və Abşeron yarımadasının yükünü nisbətən azaldacaq və demoqrafik balansı regionlar üzrə bərabərləşdirməyə imkan verəcək.

Tərk edilən kəndlərin gələcək taleyinə gəlincə, E.Bədəlov deyib ki, hazırda urbanizasiya prosesləri mənfi təsir göstərir:

"Kəndlərin çoxu boşalır, əhali şəhərlərə üz tutur. Bu, mənfi xüsusiyyətdir. Bunun qarşısını almaq üçün dövlət proqramlarının daha geniş şəkildə həyata keçirilməsi lazımdır".

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR