
Almaniyanın "Köln" klubunun futbolçusu Said El-Mala karyerasını İngiltərədə davam etdirə bilər.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 19 yaşlı vingerlə maraqlanır.
Premyer Liqa təmsilçiləri oyunçu üçün əsas namizəd hesab edilir. "Köln" istedadlı futbolçu üçün 50-60 milyon avroluq təklifləri qəbul etməyə hazırdır.
Xatırladaq ki, Said El-Mala bu mövsüm bütün yarışlarda 27 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.