23-03-2026, 14:48 155

İranın 600 milyardlıq təhdidi: Hörmüz boğazı dünya üçün niyə bu qədər əhəmiyyətlidir?

İran, ABŞ və İsrail arasında fevralın 28-dən başlayan müharibə dünya neft bazarına ciddi zərbə vurub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, İranın dünyanın ən işlək daşınma kanallarından biri olan Hörmüz boğazını bağlamasından sonra neftin qiymətində kəskin artım müşahidə olunub. Fevralın 28-də bir barelinin qiyməti 72.75 ABŞ dolları olan "Azeri Light" markalı neftin hazırkı qiyməti 122.9 dollardır. "Brent" markalı neftin qiyməti isə 111 dollar civarındadır. ABŞ Prezidenti Donald Tramp da məsələnin ciddiyyətini anlayaraq İrana 48 saat vaxt verib.

Ağ Ev lideri qeyd edib ki, bu müddət ərzində Hörmüz boğazı tamamilə blokadadan çıxarılmasa, ABŞ İranın elektrik stansiyalarını məhv etməyə başlayacaq.

Qeyd olunan göstəricilər Hörmüzün əhəmiyyətini bir daha ön plana çıxarır.

Bəs adıçəkilən boğaz niyə dünya üçün bu qədər əhəmiyyətlidir?

İranın 600 milyardlıq təhdidi: Hörmüz boğazı dünya üçün niyə bu qədər əhəmiyyətlidir?

Hörmüz boğazı qlobal enerji sisteminin ən kritik nöqtələrindən hesab olunur. Bu dar su yolu Fars körfəzini açıq okeanla birləşdirən yeganə çıxışdır və məhz sözügedən xüsusiyyət onu dünya iqtisadiyyatı üçün əvəzolunmaz edir. İranla Oman arasında yerləşən bu boğaz vasitəsilə Yaxın Şərqin ən böyük neft və qaz istehsalçıları - Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Qətər - öz enerji resurslarını beynəlxalq bazarlara çıxarırlar. Bu səbəbdən Hörmüz boğazı tez-tez qlobal enerji təhlükəsizliyinin "dar boğazı" kimi xarakterizə olunur.

Statistik məlumatlara gəldikdə, qeyd etmək lazımdır ki, dünya neftinin və mayeləşdirilmiş təbii qazın (LNG) gündəlik olaraq təxminən 19-20 milyon bareli məhz bu boğazdan daşınır. Bu, ildə təxminən 600 milyard dollar dəyərində enerji ticarəti deməkdir. Hörmüzdən keçən enerji resurslarının böyük hissəsi Asiya bazarlarına yönəlir və xüsusilə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya kimi ölkələr bu marşrutdan yüksək dərəcədə asılıdır.

Boğazın İran tərəfindən bağlanması gəmiçilik fəaliyyətini, demək olar ki, iflic vəziyyətə salıb. Haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, şimaldan İran, cənubdan isə Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə həmsərhəd olan boğazın ən dar nöqtəsi təxminən 33 km-dir. Birləşmiş Millətlər Təşkilatının (BMT) qaydaları ölkələrə sahil xəttindən 12 dəniz mili (22.2 km) məsafədə ərazi sularına nəzarəti həyata keçirməyə imkan verir. Bundan başqa, İranın Hörmüzün digər hissələrinə minalar yerləşdirərək gəmilərin keçidinə mane olduğu bildirilir.

Bu vəziyyət dərhal qlobal enerji bazarına təsir göstərib və neft qiymətləri qısa müddətdə 100 dollar həddini keçib.

Hörmüz, həmçinin Yaxın Şərqdən gübrə ixracı üçün vacib bir yoldur. Dünya gübrə ticarətinin təxminən üçdəbiri, adətən, bu boğazdan keçir. Əks istiqamətdə isə boğaz qida, dərman və texnoloji təchizat da daxil olmaqla, Yaxın Şərqə idxal üçün həyati əhəmiyyətli bir kanaldır.

Müharibədən əvvəl Hörmüz boğazından hər ay təxminən 3 000 gəmi keçirdi. İranın boğazı bağlamasından sonra bu rəqəm dəfələrlə azalıb. Buna səbəb isə gəmilərin vurulma təhlükəsidir. 18 marta qədər boğazda təxminən 21 gəmi vurulub, hədəf alınıb və ya hücumlara məruz qalıb.

İranın 600 milyardlıq təhdidi: Hörmüz boğazı dünya üçün niyə bu qədər əhəmiyyətlidir?

Tarixi baxımdan isə diqqətçəkən məqam odur ki, Hörmüz boğazı heç vaxt rəsmi şəkildə və uzunmüddətli olaraq tam bağlanmayıb. Bununla belə, bir neçə dəfə ciddi təhlükə ilə üzləşib. 1980-88-ci illərdə İran-İraq müharibəsi zamanı baş verən "tanker müharibəsi" dövründə neft tankerlərinə hücumlar edilib və daşımalar ciddi risk altına düşüb. 2011-12-ci illərdə İran beynəlxalq sanksiyalar fonunda boğazı bağlamaqla hədələyib, 2019-cu ildə isə bir sıra tanker hücumları qeydə alınıb.

Hörmüz boğazının bu qədər əhəmiyyətli olmasının əsas səbəblərindən biri də alternativ marşrutların məhdud olmasıdır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri müəyyən boru kəmərləri vasitəsilə nefti başqa istiqamətlərə yönləndirə bilsə də, bu sistemlərin ötürmə qabiliyyəti boğazdan keçən ümumi həcmi tam əvəz etməyə kifayət etmir.

Nəticə etibarilə, Hörmüz boğazı, sadəcə, coğrafi keçid deyil, dünya iqtisadiyyatının dayanıqlılığını müəyyən edən əsas strateji nöqtələrdən biridir.

Paylaş

Xəbər lenti

ABŞ İranla danışıqlar üçün Tehrana beş şərt irəli sürdü Bu gün, 00:48 Konor Makqreqor UFC-yə qayıdır: Holloueylə revanş döyüşü keçiriləcək Dünən, 23:48 Yaxın Şərqdəki münaqişədən ən çox ABŞ və Rusiya qazandı Dünən, 23:48 İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb Dünən, 23:48 Bayram öncəsi ət 36 MANATA - Ekspertdən bazarla bağlı diqqətçəkən AÇIQLAMA Dünən, 22:48 "Yuxunu da müalicə edirik" – pulmonoloq peşəsinin görünməyən tərəflərindən danışdı Dünən, 22:48 Trampdan diqqətçəkən paylaşım: Netanyahu ilə İran məsələsini müzakirə edəcək Dünən, 22:48 Azərbaycan və UN-Habitat gələcək WUF-lar üçün təlimat hazırlayacaq Dünən, 21:48 Ermitajda imperator taxtına oturan şəxs saxlanıldı Dünən, 21:48 Anar Quliyev: Azərbaycan Meksikaya WUF14-ün keçirilməsində dəstək göstərməyə hazırdır Dünən, 20:48 Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib Dünən, 20:48 Vuçiç: Prezident İlham Əliyev Serbiyanın böyük dostudur Dünən, 20:48 Aleksandar Vuçiç: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır Dünən, 20:48 Slovakiyanın Baş nazirinin müavini: "Bakı köhnə memarlıq üslubu ilə müasirliyin unikal vəhdətini qoruyub saxlayır" Dünən, 20:48 Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib Dünən, 19:48 Prezident İlham Əliyev bolqarıstanlı həmkarı ilə görüşüb Dünən, 19:48 Filip Endal: "Çexiyanın su ehtiyatlarının idarə edilməsi texnologiyalarına Azərbaycanda tələbat ola bilər" Dünən, 19:48 "Qadınların 70 faizi zorakılıqla üzləşir" - WUF13-də mühüm statistika səsləndi Dünən, 18:48 Mavriki Prezidenti Azərbaycana səfərə gəlib Dünən, 18:48 Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəlib Dünən, 18:48 Azərbaycan şahmatçıları Qazaxıstandan 2 qızıl, 1 bürünc medalla qayıdır Dünən, 18:48 WUF13-ün birinci günü başa çatıb Dünən, 18:48 İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib Dünən, 17:48 D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib Dünən, 17:48 Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb Dünən, 17:48 Mövlud Çavuşoğlunun qardaşı vəfat etdi Dünən, 17:48 Ömər Bulut: "Azərbaycan və Türkiyə ekologiya və şəhərsalma sahəsində yeni saziş imzalayacaq" Dünən, 17:48 İran nümayəndəsi: Müharibə dövründə Tehranda 51 min evə ziyan dəyib Dünən, 16:48 Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib Dünən, 16:48 Netanyahu Trampla telefon danışığı aparacaq Dünən, 16:48 Nazir müavini: "Qarabağda yeni həyat qurulur" Dünən, 16:48 BMT rəsmisi: "2030-cu ilə qədər şəhərlərdə su ehtiyatlarına təzyiq artacaq" Dünən, 16:48 Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər Dünən, 16:48 Ömər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir Dünən, 16:48 Serbiya Prezidenti Azərbaycana səfərə gəlib Dünən, 15:48 Bahar Muradova: Qadınların qərarvermədə iştirakı daha təhlükəsiz şəhərlər yaradır" Dünən, 15:48 Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirilib Dünən, 15:48 DİM: 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub Dünən, 15:48 İnes Maderiaga: "Təhlükəsiz mənzillər olmasa, qadınlar yoxsulluq və zorakılığa daha çox məruz qalırlar" Dünən, 15:48 WUF13-ün ilk günündən - FOTOREPORTAJ Dünən, 15:48 WUF13-də Azərbaycan və BMT bayraqlarının rəsmi qaldırılma mərasimi keçirilib Dünən, 15:48 Somali rəsmisi: "Azərbaycan dayanıqlı şəhər inkişafında nümunədir" Dünən, 15:48 Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir Dünən, 14:48 Normanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır Dünən, 14:48 İlham Əliyev Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib Dünən, 14:48 "Həm Azərbaycan, həm də digər ölkələr üçün yeni ideyalar yarana bilər" - Uqandalı nümayəndə Dünən, 14:48 WUF13-də nazirlərin dəyirmi masası başa çatıb Dünən, 14:48 Şok statistika: Elektromobil bazarında geriləmə başladı - Ekspertlər səbəbləri açıqladılar Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR