
Sent-Lüsiya yığmasının baş məşqçisi Stern Con "FIFA Series - 2026" turniri çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən oyundan (1:6) sonra mətbuat konfransında çıxış edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, mütəxəssis darmadağınla nəticələnən qarşılaşmanı şərh edərkən komandasının buraxdığı səhvlərdən gileylənib.
Rəqibin təzyiqinə hazır olduqlarını bildirən S.Con qeyd edib: "Belə bir nəticəni gözləmirdim. Sadə səhvlər etdik və rəqib bizi cəzalandırdı. Avropa komandasına qarşı oynamaq futbolçularım üçün böyük təcrübə idi, lakin cəmi bir oyun keçirməyimiz bizi məyus etdi".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.