5-04-2026, 14:48 264

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

Azərbaycanda tütün sənayesində son aylarda diqqətçəkən dinamika müşahidə olunur. Rəsmi statistika ölkədə siqaret istehsalının əhəmiyyətli dərəcədə artdığını göstərir. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 553,7 milyon ədəd siqaret istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. Sənaye müəssisələrinin anbarlarında 1 milyard 190 milyon ədəd hazır məhsul ehtiyatının formalaşması da diqqət çəkir.

Bu statistika yerli istehsalın artmasının arxasında hansı amillərin dayandığı sualını gündəmə gətirir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

"Tütün fabriklərinə yeni investisiyalar qoyulub"

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, son dövrlərdə yerli siqaret istehsalında artım müşahidə olunur. Bu artımın arxasında bir neçə paralel amil dayanır: "Bu prosesə təsir edən əsas amillərdən biri regional bazarlarda yaranmış mürəkkəb vəziyyətdir. Xüsusilə Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa bazarlarında son illər logistika problemləri, geosiyasi gərginlik və sanksiyaların təsiri özünü göstərir. Bu amillər həmin bazarlarda istehsal və tədarük zəncirlərində müəyyən çətinliklər yaradıb. Belə bir şəraitdə Azərbaycan müəyyən mənada alternativ istehsal və təchizat mərkəzi kimi ön plana çıxmağa başlayıb. Ölkəmiz yaranmış vəziyyətdən iqtisadi baxımdan səmərəli şəkildə istifadə etməyə çalışır və bəzi hallarda bunu uğurla bacarır".

E.Kərimlinin fikrincə, son illərdə tütün sənayesində də müəyyən dəyişikliklər baş verib: "Bir sıra tütün fabriklərinə yeni investisiyalar qoyulub, istehsal sahələrində texnoloji modernizasiya həyata keçirilib. Müasir avadanlıqların tətbiqi istehsal prosesinin səmərəliliyini artırmaqla yanaşı, məhsulun maya dəyərinin də nisbətən aşağı səviyyədə saxlanmasına imkan yaradır. Bundan əlavə, Azərbaycanda siqaret qiymətlərinin bəzi ölkələrlə müqayisədə daha aşağı olması yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artırır. Bu isə ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Burada re-eksport amilini də xüsusi qeyd etmək lazımdır. Belə ki, bəzi hallarda tütün xammalı xaricdən idxal olunur, ölkə daxilində emal edilərək siqaret istehsal edilir və daha sonra üçüncü ölkələrin bazarlarına ixrac olunur. Bu model istehsalın və ixracın artmasına müəyyən töhfə verir".

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

"Məhsulun bir hissəsi hələ bazara çıxarılmayıb"

İqtisadçı bildirdi ki, statistik göstəricilərə diqqət yetirdikdə ölkədə istehsal həcminin artmasının anbar ehtiyatlarının da yüksəlməsi ilə müşayiət olunduğu görünür: "Bu isə o deməkdir ki, istehsal olunan məhsulun bir hissəsi hələ bazara çıxarılmayıb və ya ixrac olunmayıb. Anbar qalıqlarının artması müəyyən mənada istehsalın idxalı əvəz etməsi ilə də bağlıdır. Başqa sözlə, daxili bazarda yerli istehsalın payı artdıqca xarici məhsulların bazardakı mövqeyi zəifləyir və idxalın payı azalır. Bu prosesə təsir edən digər amil aksiz siyasətidir. Son illərdə tütün və tütün məhsullarına tətbiq edilən aksiz vergilərində müəyyən dəyişikliklər baş verib. Eyni zamanda, bəzi hallarda tütün xammalının idxalı ilə bağlı tənzimləmələr də istehsal prosesinə təsir göstərir. Müxtəlif anti-tütün kampaniyalarının aparılması və bəzi hallarda siqaret qiymətlərinin artırılması kimi amillər də bazarın strukturuna təsir edən faktorlar sırasındadır".

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

E.Kərimli qeyd etdi ki, hazırda regional bazarlarda mövcud olan problemlər, xüsusilə müharibələr, sanksiyalar və logistika çətinlikləri Azərbaycan üçün müəyyən iqtisadi imkanlar yaradır: "Lakin gələcəkdə bu amillərin aradan qalxması və ya zəifləməsi digər ölkələrin də istehsal və ixrac imkanlarını artırmasına səbəb ola bilər. Bundan əlavə, qlobal tendensiyalar göstərir ki, bir çox ölkədə tütün məhsullarının istehlakı tədricən azalır. Yekun olaraq demək olar ki, Azərbaycanda siqaret istehsalının artması daha çox daxili istehlakın genişlənməsi ilə deyil, istehsalın ixrac yönümlü transformasiyası ilə əlaqəlidir. Bu isə qeyri-neft sektorunun inkişafı baxımından müsbət nəticələr doğura bilər".

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

Alternativ kapital yatırımı

İqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, istehsalın artması, əsasən, istehsalçıların seçdiyi strategiya ilə bağlıdır: "Aksiz vergilərində edilən dəyişikliklər, ixrac imkanlarının genişləndirilməsi, eləcə də müəssisələrin anbar ehtiyatlarını artırmaq siyasəti istehsala təsir edən əsas amillərdir. Bundan əlavə, alternativ sahələrdə yerləşdirilə biləcək kapitalın tütün məhsullarının istehsalına yönəldilməsi də bu prosesə təsir göstərir. Siqaret elə məhsul kateqoriyasına daxildir ki, onun qiymətinin tələbə təsiri nisbətən zəifdir. Yəni qiymətin artması və ya azalması istehlak səviyyəsinə ciddi təsir göstərmir. Eyni zamanda istehsalın artması da daxili bazarda məhsulun ucuzlaşmasına səbəb olmur. Bu xüsusiyyət siqaret bazarını digər istehlak məhsullarından müəyyən mənada fərqləndirir".

G.Hüseynovanın sözlərinə görə, idxalın bazardakı payının azalması da müşahidə edilir. Bu isə yerli istehsalın xarici məhsulları müəyyən qədər bazardan sıxışdırdığını göstərir. Başqa sözlə, daxili bazarda yerli məhsulların mövqeyi nisbətən güclənir: "İxrac yönümlü istehsal strategiyasına gəldikdə isə, bu artımın konkret olaraq müəyyən ölkələrin bazarına yönəlmiş istehsal siyasəti ilə əlaqəli olması ehtimal edilir".

Paylaş

Xəbər lenti

Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Bu gün, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Bu gün, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Bu gün, 21:48 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Bu gün, 20:48 Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı Bu gün, 20:48 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Bu gün, 20:48 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Bu gün, 20:48 Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Bu gün, 19:48 Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib Bu gün, 19:48 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Bu gün, 19:48 Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Bu gün, 19:48 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Bu gün, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Bu gün, 18:48 Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Bu gün, 18:48 Rafinya Mbappeni geridə qoydu Bu gün, 18:48 Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb Bu gün, 18:48 Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? Bu gün, 18:48 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı Bu gün, 18:48 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş Bu gün, 17:48 Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu Bu gün, 17:48 Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib Bu gün, 17:48 Milli Qəhrəman Yuri Kovalyovun məzarı ziyarət edildi Bu gün, 17:48 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq? Bu gün, 17:48 Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb Bu gün, 16:48 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi Bu gün, 16:48 Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub Bu gün, 16:48 Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH Bu gün, 16:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində bağlanan yol açılır Bu gün, 16:48 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi Bu gün, 16:48 Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub Bu gün, 16:48 İnfarktdan ölmədi, tüstüdən boğulub öldü: Əhmədlidəki yanğının təfərrüatı Bu gün, 16:48 "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 16:48 ACF rəsmisi: Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb Bu gün, 15:48 Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib Bu gün, 15:48 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı Bu gün, 15:48 Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib Bu gün, 15:48 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır" Bu gün, 15:48 Kardioloq: "Oturaq həyat tərzi infarkt riskini artırır" Bu gün, 15:48 46 yaşlı aktyor təyyarə qəzasında öldü Bu gün, 15:48 Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir? Bu gün, 14:48 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir" Bu gün, 14:48 Bakıda bir neçə yolda sürət həddi endirildi Bu gün, 14:48 Prezidentin qurultaydakı dərinməzmunlu çıxışı çətin və şərəfli yolun geniş təhlili idi - RƏY Bu gün, 14:48 ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür Bu gün, 14:48 Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi Bu gün, 14:48 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR