
Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə Meyniman kəndində qeydə alınıb.
Qəza zamanı kənd sakinləri, 1979-cu il təvəllüdlü Nəsirov Vəfadar Əzabulla oğlu və 1967-ci il təvəllüdlü Təhsin Namaz oğlu Eynalov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.