10-04-2026, 11:48 82

Bu yol niyə suyun içindədir? -

Bir neçə gün əvvəl müşahidə edilən aramsız yağışlardan sonra su basan Zabrat-Maştağa yolunda hələ də təhlükəli vəziyyət davam edir.

AVESTA.AZ xəbər verir ki, bu barədə "Qafqazinfo"ya həmin yoldan istifadə edən bir neçə sürücü şikayət edib.

Onların sözlərinə görə, yağış kəssə də, yoldakı su çəkilmir: "Yol çox bərbad vəziyyətdədir. Dağılmış yollar bizə "sürprizlər" edir, dolmuş sudan qarşıdakı yolu görmürük deyə, iri gölməçələrə düşürük, maşınımız pis vəziyyətə qalır. Cəmi bir neçə metrlik yolda yığılan suya görə az qala, "Ayxan" marketin qarşısınadək uzun tıxaclar yaranır. Yağışdan sonra yol təhlükəli vəziyyətə düşdüyündən orada neçə maşının nömrəsi düşüb, eləsi var təkəri cırılıb, bəzi zəif mühərriki olanlar da, ümumiyyətlə, yolda sönüb qalır. Məcburuq ki, yolumuzu onlarla km uzadıb alternativ yerlərdən gedək".

Şikayətçilər əvvəlki yağışlarda da oxşar problemlə üzləşdiklərini, həll olunmadığından aylarla davam etdiyini deyirlər: "Bir gün yağış yağır, bir ay o yolda su qurumur".

Məsələ ilə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Xidmətdən sorğumuza cavab olaraq bildirildi ki, Zabrat qəsəbəsinin həmin hissəsində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil: "Ümumiyyətlə, ərazi qrunt sularının səviyyəsinin çox olduğu yerdir. Bununla yanaşı, intensiv yağışlar zamanı ətrafda toplanan su drenaj sisteminə axıdılır. Suların həcmi çox olduğuna görə sistem suları tam şəkildə ötürə bilmir.

Sukanal idarələri normadan dəfələrlə artıq yağan intensiv yağışlardan sonra xidməti ərazilərində yağış sularının kənarlaşdırılması işlərini gücləndirilmiş iş rejimində fasiləsiz şəkildə icra edirlər. Qeyd edilən ünvandakı vəziyyətlə bağlı da yerli sukanal idarəsi məlumatlıdır. Ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin buna baxmayaraq, müvafiq sukanal idarəsinin briqadaları tərəfindən ərazinin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətdə sakinlərə köməklik göstərilir".

Bu yol niyə suyun içindədir? -

Xidmətdən, həmçinin bildirildi ki, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində hazırda müxtəlif ərazilərdə irihəcimli layihələrin tərkib hissəsi olaraq yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğularının tikintisi işləri həyata keçirilir: "Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur".

Qeyd edilib ki, bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq.

Paylaş

Xəbər lenti

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Bu gün, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Bu gün, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Bu gün, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Bu gün, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Bu gün, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Bu gün, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Bu gün, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Bu gün, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Bu gün, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Bu gün, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Bu gün, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Bu gün, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Bu gün, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Bu gün, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Bu gün, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Bu gün, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Bu gün, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Bu gün, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Bu gün, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Bu gün, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Bu gün, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Bu gün, 11:48 Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 "Kızılcık Şerbeti"nin aktrisası "Porsche"si ilə gündəm oldu Bu gün, 11:48 "Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48 Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər Bu gün, 10:48 Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA Bu gün, 10:48 Saxlanılan şəxsin hədəfi Tramp administrasiyasının rəsmiləri olub Bu gün, 10:48 Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub Bu gün, 10:48 Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək Bu gün, 09:48 Azərbaycanda maşın almaq istəyənlərə ŞAD XƏBƏR Bu gün, 09:48 Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi Bu gün, 09:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"la üz-üzə gələcək Bu gün, 09:48 Bu gün Mir Cəlal Paşayevin doğum günüdür Bu gün, 09:48 Tramp: ABŞ İrandan yeni təklif alıb Bu gün, 00:48 Yeni həftədə yaxşı pul qazanacaq bürclər Bu gün, 00:48 Çernobıl AES-də baş verən qəzadan 40 il ötür Bu gün, 00:48 "Şəkili Pərviz" həbs olundu Dünən, 23:48 Zelenski: Kiprdə Ukraynanın Aİ-yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub Dünən, 23:48 Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazanıb Dünən, 23:48 Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir Dünən, 23:48 İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? Dünən, 23:48 Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu Dünən, 23:48 Pezeşkian 30 milyon könüllüdən kömək istəyib Dünən, 22:48 Abbas Əraqçi Omana gedib Dünən, 22:48 XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yayıb Dünən, 21:48 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR