
Azərbaycan beynəlxalq sülh gündəliyini dəstəklədiyini Antalya Diplomatik Forumunda da brir daha nümayiş etdirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
H.Hacıyev Azərbaycanın öz siyasətində regional mənsubluğu tam şəkildə dəstəklədiyini vurğulayıb:
"Regionun problemləri region ölkələri tərəfindən həll edilməlidir. Azərbaycan Prezident İlham Əliyevin şəxsində regional liderlik, regional təşəbbüslülük, regional məsuliyyət, həmçinin regioanl əməkdaşlıq və interqrasiya prinsiplərini əyani şəkildə nümayiş etdirərək Cənubi Qafqazda və onun hüdudlarından kənarda yeni geosiaysi status-kvonun formalaşmasını təmin edib. Bunun başlıca vəsiləsi kimi Ermənistan-Azərbaycan münaqişəsinin məhz hərbi-siyasi yollarla həll edilməsi, dünyada münaqişənin həll ediləməsinin çox unikal bir modelinin ortaya qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrtinin icra edilməsidir".
O, münaqişənin həll edilməsi ilə bağlı uzun illəır region xaricində olan təsisat və qüvvələr tərəfindən modellər hazırlandığını, onların hamısının fəaliyyətinin uğursuz olduğunu xatırladıb:
"Minsk qrrupunun fəaliyyətini burada qeyd edə bilərdik. Prezident İlham Əliyevin regional mənsubluq və liderlik siyasəti Cəubi Qafqazda yeni reallığı təmin etmiş oldu. Bu xüsusda Ermənistan tərəfi də regionda yaranmış sülh gündəliyinin faydalarını görür və əhəmiyyətini dərk edir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.