18-04-2026, 15:48 306

Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumunda iştirakı adi beynəlxalq tədbir çərçivəsində qiymətləndirilə bilməz.

AVESTA.AZ xəbər verir ki, bu sözləri report-a Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Onun sözlərinə görə, bu səfər Azərbaycanın artıq regional oyunçu yox, qlobal siyasi masada sözü keçən aktora çevrildiyini bir daha nümayiş etdirdi. Forumun əsas mövzusu "Gələcəyi xəritələndirmək, qeyri-müəyyənlikləri idarə etmək" idi və məhz bu qeyri-müəyyən geosiyasi mühitdə Prezident İlham Əliyevin Antalyadakı fəallığı Bakının siyasi çəkisinin real göstəricisinə çevrildi:

"Bu forumda 150-dən çox ölkənin nümayəndələrin, 20-dən artıq dövlət və hökumət başçısının, onlarla xarici işlər nazirinin iştirakı təsadüfi deyildi. Antalya artıq yeni geosiyasi istiqamətlərin qurulduğu platformadır. Belə bir məkanda Azərbaycan Prezidentinə göstərilən xüsusi diqqət isə Bakının yeni statusunun beynəlxalq təsdiqi idi".

Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY

O bildirib ki, ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü oldu. "Bu münasibət artıq klassik müttəfiqlik çərçivəsini çoxdan aşıb. "Bir millət, iki dövlət" anlayışı indi enerji, təhlükəsizlik, müdafiə sənayesi və Türk dünyasının siyasi inteqrasiyası müstəvisində strateji birlik səviyyəsinə yüksəlib. Antalyada verilən mesaj aydın idi: Ankara və Bakı bölgədə yeni güc balansının əsas memarlarıdır" – deputat vurğulayıb.

Əlavə edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirilən görüş də xüsusi siyasi yük daşıyırdı. Azərbaycan–Pakistan münasibətləri artıq sadəcə dostluq münasibəti deyil, geosiyasi əlaqələndirmə modelidir:

"Serbiya Prezidenti ilə təmaslar isə Azərbaycanın tarazlaşdırılmış xarici siyasətinin daha bir nümunəsi idi. Bakı həm Türk dünyası ilə, həm İslam coğrafiyası ilə, həm də Avropa daxilində müstəqil siyasi xətt yürüdən dövlətlərlə paralel strateji münasibətlər qurur. Bu, klassik blok siyasətindən fərqli olaraq çevik diplomatiya modelidir və İlham Əliyevin əsas siyasi üstünlüklərindən biri də məhz budur".

E.Akimova bildirib ki, Forum çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüş ayrıca mesaj idi. Möhtərəm Prezidentimiz burada təkcə diplomatik jest etmədi, həm də Türk dünyasının siyasi həmrəyliyi məsələsində prinsipial mövqe sərgilədi. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatının gələcək siyasi quruluşu baxımından diqqətçəkən addımdır: "Antalyada Prezident İlham Əliyevə göstərilən xüsusi diqqət sadəcə diplomatik nəzakət deyildi. Bu, müharibədən sonrakı dövrdə Azərbaycanın qazandığı siyasi nüfuzun nəticəsidir. Qarabağ məsələsində tarixi zəfər, enerji təhlükəsizliyində Avropanın etibarlı tərəfdaşı statusu, Orta Dəhliz layihəsində strateji mərkəz rolu və Cənubi Qafqazda yeni reallıqları formalaşdırmaq gücü - bütün bunlar İlham Əliyevi beynəlxalq siyasi masada fərqli fiqura çevirib".

"Antalya səfəri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası müdafiə mövqeyindən çıxaraq təşəbbüs verən mərhələyə keçib. Prezident İlham Əliyev artıq hadisələrə reaksiya verən lider deyil, proseslərin istiqamətini müəyyən edən siyasi aktordur. Antalya forumu bitəcək, nümayəndə heyətləri ölkələrinə qayıdacaq, protokol şəkilləri arxivə gedəcək. Amma orada verilən əsas mesaj qalacaq: Azərbaycan artıq qlobal siyasi masanın qurulmasında söz sahibi olan dövlətdir", - deputat vurğulayıb.

Paylaş

Xəbər lenti

İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Dünən, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Dünən, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Dünən, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Dünən, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Dünən, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Dünən, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Dünən, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Dünən, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Dünən, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Dünən, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Dünən, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Dünən, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Dünən, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Dünən, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Dünən, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Dünən, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Dünən, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Dünən, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Dünən, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Dünən, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Dünən, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Dünən, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 16:48 Azərbaycanda şair vəfat etdi Dünən, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Dünən, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Dünən, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Dünən, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Dünən, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Dünən, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Dünən, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Dünən, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Dünən, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Dünən, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR