18-04-2026, 14:48 269

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu qısa müddət ərzində qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib.

Azərbaycan da öz növbəsində bu platformaya ilk gündən siyasi və diplomatik dəstək verən ölkə olub. Təsadüfi deyil ki, məhz 2021-ci ildə baş tutan forum çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri postmüharibə dövründə ilk dəfə olaraq eyni müzakirə platformalarında çıxış ediblər və regional sülh prosesi açıq şəkildə müzakirə olunub. Son illər dünyada baş verən hadisələr, regional münaqişələr, bu münaqişələrin qlobal ticarətə və dünya ölkələrinə təsiri, Yaxın Şərq regionunda gedən proseslər fonunda artıq Antalya Diplomatiya Forumu sadəcə beynəlxalq münasibətlər sistemində baş verən transformasiyaların müzakirə edildiyi bir məkan deyil, eyni zamanda regional güc mərkəzlərinin strateji baxışlarının toqquşduğu və uzlaşdırıldığı mühüm diplomatik tribunaya çevrilib. Buna görə də forum Cənubi Qafqaz regionu və Azərbaycan üçün təkcə iştirak edilən diplomatik görüş məkanı deyil. Həm də dərin geosiyasi və strateji məzmuna malikdir.

Bu forum balanslaşdırılmış, çoxvektorlu və əsas hədəf milli maraqlar olan xarici siyasət kursunu prioritet seçən Azərbaycan üçün mövqeyini qlobal miqyasda sistemli şəkildə təqdim etmək üçün bir alət rolunu oynayır. Rəsmi Bakı bu görüşlər və müzakirələr vasitəsilə 2020-ci il müharibəsindən sonra regionda yaranmış yeni reallıqları, iqtisadi regional və qlobal layihələri, bölgənin təhlükəsizlik arxitekturası ilə bağlı baxışlarını, bir çox ölkələrlə əməkdaşlıq təşəbbüslərini çatdırmaq imkanı əldə edir. Forum çərçivəsində Azərbaycan rəsmilərinin keçirdiyi çoxsaylı və yüksəksəviyyəli görüşlər də ölkənin etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir. Buna görə də əminliklə söyləmək olar ki, Antalya Diplomatiya Forumu Azərbaycan üçün sadəcə iştirak edilən beynəlxalq tədbir deyil, həm də ölkənin artan diplomatik çəkisinin təsdiqləndiyi, regional təşəbbüslərinin irəli çəkildiyi və qlobal siyasi diskursda fəal, təşəbbüskar aktor kimi mövqeyinin daha da möhkəmləndirildiyi strateji əhəmiyyətli platforma kimi çıxış edir.

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Forum çərçivəsində İlham Əliyevin keçirdiyi görüşlər və verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdə iki ölkə arasında strateji müttəfiqlik bütün istiqamətlər üzrə müzakirə olunub. Bu dialoq "bir millət-iki dövlət" prinsipinin real siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri üzərində qurulduğunu göstərir. Regiondakı son proseslər fonunda təhlükəsizlik, geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin logistika, nəqliyyat dəhlizləri və enerji ixracı əsas mövzular olub. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu bir daha vurğulanıb. Moldova prezidenti Maya Sandu ilə görüşdə isə Aİ ilə əməkdaşlıq, enerji təhlükəsizliyi və logistika marşrutları diqqət mərkəzində olub. Bu müzakirələr Azərbaycanın Avropanın enerji təminatında artan rolunu və qlobal səviyyədə mövqeyinin gücləndiyini göstərir. Prezidentin Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl Şaara ilə görüşü Azərbaycanın Yaxın Şərqdə proseslərə aktiv yanaşdığını nümayiş etdirir. Görüşdə bərpa prosesi, humanitar problemlər və infrastrukturun yenidən qurulması müzakirə olunub, Azərbaycanın postmünaqişə təcrübəsi ön plana çəkilib. Şimali Kipr prezidenti ilə görüş isə türk dünyasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. İlham Əliyev siyasi və mənəvi dəstəyin davam edəcəyini vurğulayıb ki, bu da ortaq maraqlara əsaslanan əməkdaşlığın praktik xarakter aldığını göstərir.

Forum çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşünə iki ölkə münasibətlərinin normallaşma prosesində parlament diplomatiyasının artan rolu və dialoqun davamlılığının nümayişi prizmasından baxmaq lazımdır. Aparılan müzakirələr və danışıqlar isə göstərir ki, artıq gündəm sadəcə təhlükəsizlik deyil, həm də iqtisadi inteqrasiya da əsas prioritet olaraq seçilir. Nəticə etibarilə, Antalya Diplomatik Forumu həm də Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə dəstək verən bir mexanizm kimi də rol oynayır.

Bundan əlavə, Prezidentin köməkçisi Hikmət Hacıyevin Forum çərçivəsində çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasını əks etdirən mühüm mesaj kimi qiymətləndirilir. O, regionda üç və çoxtərəfli əməkdaşlıq modelinin formalaşdığını vurğulayaraq Cənubi Qafqazda inteqrasiyanın yeni mərhələyə keçdiyini qeyd edib. Bu prosesdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin əsas dayaqlardan biri olduğu bildirilib. Eyni zamanda nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirərək onu regional iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevirir. H.Hacıyev postmünaqişə dövründə sülh gündəliyinin irəlilədiyini də vurğulayıb. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və əməkdaşlığa keçidin gücləndiyini göstərir. Azərbaycanın Zəngəzur dəhlizi və digər bağlantı layihələri isə regionda yeni iqtisadi xəritənin formalaşmasına, həm infrastrukturun inkişafına, həm də siyasi etimadın artmasına xidmət edən strateji amil kimi təqdim olunur.

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın da Forumda verdiyi mesajlar əslində həm region, həm də dünya dövlətlərinə yönəlib. Ərdoğanın Ermənistanla normallaşdırma prosesi ilə bağlı açıqlaması əslində Ankaranın regionda uzunmüddətli sabitlik strategiyasına əsaslandığını, Azərbaycanla daim koordinasiyalı addımlar atdığını bir daha təsdiqləyir. Bu sübut edir ki, Türkiyə regionda birtərəfli yox, rəsmi Bakı ilə sinxron və qarşılıqlı maraqlara əsaslanan siyasət aparır. Ərdoğanın münaqişəyə yanaşması təkcə ikitərəfli münasibətlərin bərpası deyil, daha geniş geosiyasi balansın qurulmasına hesablanıb. Bu da öz növbəsində sülh prosesinin legitimliyini artırır, Ermənistan üçün yeni reallıqları qəbul etməyə yardım edir. Qısacası, Ankara və Bakı koordinasiyalı fəaliyyətlə Cənubi Qafqazda davamlı sülh və regional inteqrasiyanın təminatçısı rolunda çıxış edirlər. Türkiyə liderinin qlobal istiqamətə böhranı ilə bağlı açıqlaması da beynəlxalq münasibətlər sisteminin dərin struktur problemlərindən xəbər verir. Onun qeyd etdiyi kimi, problemi təkcə güc balansının dəyişməsində axtarmaq lazım deyil. Burada əsas problem qaydalara əsaslanan sistemin selektiv yanaşması və institutların effektivliyini itrməsidir. Yəni, rəsmi Ankara qlobal düzənin legitimlik böhranı yaşadığını üzə çıxarır və beynəlxalq qurumların real təhlükə və münaqişələr zamanı adekvat davranmadığını bildirir. Forum platformasından istifadə edən Türkiyə daha ədalətli, inklüziv və funksional beynəlxalq sistemin formalaşmasına çağırış edir.

Forumdakı görüşlər və çıxışlar, açıqlamalar göstərir ki, artıq müasir dünya sürətlə dəyişən və çoxqütblü xarakter alan yeni düzənə daxil olur. Amma bu proseslə bərabər, mövcud qlobal sistem artıq çağırışlara cavab vermir, yeni əməkdaşlıq modellərinə ehtiyac yaranıb. Belə reallıq fonunda regional aktor olan Azərbaycanın rolu daha da artır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, sülh təşəbbüsləri kimi ciddi mövzularda rəsmi Bakı dünyanın yeni geosiyasi arxitekturasının formalaşmasına töhfə verir.

Qısacası, bu gün Antalya Diplomatiya Forumu Davos və Münxen Təhlükəsizlik Konfransı kimi qlobal platformalarla rəqabət apara biləcək səviyyəyə çatıb. Azərbaycanın bu prosesdə ilk gündən aktiv olması isə rəsmi Bakının uzaqgörən xarici siyasətinin nəticəsidir. Bu Forum çərçivəsində baş tutan görüşlər, diplomatik təmaslar, verilən açıqlamalar sübut edir ki, rəsmi Bakı bu gün beynəlxalq münasibətlər sistemində sadəcə bir izləyici deyil. Azərbaycan həm də strateji təşəbbüslər irəli sürən, qlobal siyasi diskursu formalaşdıran bir dövlətdir. Ermənistanla sülh prosesi, enerji və logistika sahəsindəki layihələr, Türk dünyası ilə bağlı atılan addımlar, Yaxın Şərqdəki sülh prosesinə töhfə vermək Azərbaycanı həm Şərq, həm də Qərb üçün əvəzolunmaz, etibarlı tərəfdaşa çevirir...

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR