7-02-2026, 22:48 108

Paris parlamentinin növbəti iflası: Hüquqi qüvvəsi olmayan

Fevralın 4-də Fransa parlamenti növbəti dəfə Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etdi.

Bu dəfə Fransa parlamentini Azərbaycana qarşı ağır cinayətlər törətmiş, məhkəmə qarşısına çıxarılan və ədalətli cəza alan erməniəsilli şəxslərin aqibəti narahat edib. Halbuki bu sənəd adi kağız parçasından başqa heç bir şey deyil və heç bir hüquqi qüvvəsi yoxdur. Çünki bu sənəd mahiyyət etibarilə regional reallıqlardan uzaq, siyasi motivlərlə yüklənmiş və praktiki nəticə doğurmayan bir sənəddir. Sənəd ölkənin daxili işinə qarışmaqla yanaşı, nə beynəlxalq hüquqa istinad edir, nə də Cənubi Qafqazda formalaşmış yeni reallıqları, sülhə doğru atılan addımları nəzərə alır.

Əksinə, revanşist erməni lobbisinin təsiri ilə qəbul edilmiş sənəd birtərəfli yanaşma üzərində qurulmuş subyektiv mövqenin növbəti ifadəsidir. Əvvəlki dövrlərdə də Fransa parlamenti oxşar məzmunlu, əsassız təşəbbüslərlə çıxış edib. Həmin qətnamələr də real siyasi proseslərə təsir göstərməyib, yalnız Fransanın vasitəçi roluna iddia etdiyi regionda onun obyektivliyini və etibarlılığını ciddi şəkildə şübhə altına alıb. Parisin bu mövzuda davamlı olaraq eyni siyasi xətti təkrarlaması göstərir ki, söhbət ayrı-ayrı təşəbbüslərdən yox, sistemli və məqsədli yanaşmadan gedir. Belə ki, Fransa parlamentinin Azərbaycana qarşı birdən-birə "canlanması" da müəyyən mətləblərdən xəbər verir.

Əvvəla, söyləmək lazımdır ki, bu qətnamə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş görüşü fonunda gündəmə gətirilib. Bu isə heç bir halda təsadüf sayıla bilməz. Həmin görüşdən sonra tərəflərin açıqlamalarında sülh prosesinə dair müsbət dinamika, dialoqun davam etdirilməsi və kompromisə açıq mövqelər aydın şəkildə hiss olunurdu. Belə bir fonda Fransa parlamentində anti-Azərbaycan ruhlu sənədin qəbul edilməsi obyektiv olaraq sülhə dəstək yox, bu prosesi pozmağa yönəlmiş təxribat xarakterli addım kimi qiymətləndirilməlidir. Çünki vaxtilə ATƏT Minsk qrupunun üzvü olan bir dövlət sülhü dəstəkləmək əvəzinə, sülhə mane olmağa çalışırsa, bu, onun niyyətindən xəbər verir. Rəsmi Paris, yəqin ki, quyruq acısını unuda bilmir. Söhbət beynəlxalq münasibətlər və xarici siyasət platformasında Fransa xarici siyasətinin son illərdə Azərbaycan diplomatiyası qarşısında ardıcıl şəkildə məğlubiyyətə uğramasından gedir. Azərbaycan hökuməti bir sıra platformalarda, xüsusilə də Qoşulmama Hərəkatında Fransanın neokolonialist siyasətini ardıcıl və faktlara əsaslanan şəkildə ifşa edib. Müstəmləkə siyasəti güdən rəsmi Paris Afrika və Sakit okean regionlarında ciddi siyasi və reputasiya itkiləri ilə üzləşib. Bu səbəbdən də Fransa parlamentində qəbul edilən qətnaməyə Parisin itirilmiş xarici siyasət nüfuzunu kompensasiya etmək və heç olmasa, simvolik səviyyədə "uğur görüntüsü" yaratmaq cəhdi kimi də baxa bilərik. Lakin geosiyasi reallıq dəyişməzdir: qatar artıq çoxdan gedib və Fransa gecikmiş addımlarla həmin boşluğu doldura bilməz.

Eyni zamanda özünü Ermənistanın hamisi adlandıran, bu ölkənin inkişafını istəyən dövlət kimi reklam edən Fransanın sözügedən qətnaməsinin faktiki olaraq Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsir göstərməsini və regionda formalaşmaqda olan etimad mühitini zədələməsini, yəqin ki, fransız parlamentariləri də anlayırlar. Əgər Fransa, həqiqətən, sülh və sabitlik tərəfdarı olsaydı, tərəfləri dialoqa təşviq edən, beynəlxalq hüquqa əsaslanan balanslı yanaşma sərgiləyərdi. Halbuki qəbul edilən sənəd bir tərəfin mövqeyini açıq şəkildə legitimləşdirməyə, digər tərəfi isə siyasi təzyiq altına almağa hesablanıb ki, bu da sülh prosesinin mahiyyətinə ziddir. Belə bir yanaşma həm də sübut edir ki, rəsmi Paris, əslində, nə Ermənistan dövlətinin dostudur, nə də onun inkişafını istəyir. Çünki erməni rəsmiləri də dəfələrlə bəyan ediblər ki, sülh regiona sabitlik gətirməklə yanaşı, iqtisadi inteqrasiyanı, kommunikasiyaların açılmasını təmin edəcək. Bundan isə əsas faydalanan, özünütəcrid siyasətindən, bloklanmadan çıxan Ermənistan olacaq. Görünür, Paris Ermənistanın inkişafını və Cənubi Qafqazda sabitliyin hökm sürməsini istəmir. Yəqin ki, rəsmi İrəvan da artıq bu reallığı dərk etməkdədir.

Digər tərəfdən, Fransa parlamentində qəbul edilmiş son qətnamə əvvəlkilər kimi müstəqil qanunverici təşəbbüs təsiri bağışlamır. Sənədin məzmunu və qəbul olunma zamanı onun Yelisey sarayında hazırlanmış siyasi xəttin davamı olduğunu açıq şəkildə göstərir. Fransa hökuməti parlamenti xarici siyasətdə alətə çevirərək daxili siyasi maraqları və güclü erməni diasporunun təsirini regional proseslərə transfer edir. Bu isə Fransa dövlət mexanizminin rasional strateji düşüncədən daha çox, emosional və lobbiyönlü qərarlarla hərəkət etdiyini göstərir.

Bu gün yaranan geosiyasi şəraitdə Ermənistan-Azərbaycan münasibətləri kontekstində Cənubi Qafqazda Fransanın faktiki olaraq heç bir real müdaxilə imkanının qalmadığı da açıq-aşkar görünür. Halbuki 44 günlük Vətən müharibəsindən dərhal sonra Parisin müəyyən diplomatik manevr imkanları vardı. Fransa həmin dövrdə neytral mövqe tutub beynəlxalq hüquqa əsaslanan yanaşma sərgiləsəydi, həm Ermənistan, həm də Azərbaycanla paralel tərəfdaşlıq platforması formalaşdıra bilərdi. Lakin qərəzli mövqe seçməklə bu imkanları özü sıradan çıxardı. Bu gün regionda əsas siyasi konfiqurasiya ABŞ-nin selektiv iştirakı, Azərbaycanın qəti siyasi iradəsi və Ermənistanın yeni reallıqlar fonunda formalaşan mövqeyi əsasında qurulub. Bütün bu proseslər məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq kontekstində baş verir. Bu şəraitdə Fransa parlamentinin qəbul etdiyi istənilən sənədin hüquqi statusu yoxdur və Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinə prinsipial olaraq heç bir təsir göstərə bilməz.

Əslində, rəsmi Paris dərk etməlidir ki, bu tip addımlar təkcə Bakı ilə münasibətlərə zərər vurmur, həm də Fransanın regiondakı nüfuzunu da ciddi şəkildə zədələyir. Daha geniş miqyasda isə bu davranış Avropa İttifaqı (Aİ) və NATO ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərə xələl gətirir. Çünki Fransa bu strukturların aparıcı üzvlərindən biri kimi çıxış edir və onun birtərəfli mövqeyi bütün Qərbin yanaşması kimi qəbul oluna bilər ki, bu da Qərbə olan etimadı zəiflədir. Əgər son dövrlər Aİ və NATO-nun Azərbaycana marağını, keçirilən görüşləri, imzalanan sənədləri nəzərə alsaq, Fransanın bu tip hərəkətləri anlaşılmaz təsir bağışlayır. Yəni bu məsələdə ən paradoksal məqam ondan ibarətdir ki, Fransanın atdığı addımlar obyektiv olaraq Qərbin regiondakı rolunu gücləndirmək əvəzinə, onu zəiflədir və bu zəifləmə Rusiyanın maraqları ilə qəribə şəkildə üst-üstə düşür. Moskva üçün Cənubi Qafqazda Qərbin nüfuz itirməsi, vasitəçilik mexanizmlərinin sıradan çıxması və Qərb institutlarının qərəzli aktor kimi qəbul olunması strateji üstünlükdür. Elə Kremlin də uzun müddətdir İrəvandan istədiyi və tələbi Qərbin təsirini azaltmaq, Aİ ilə münasibətləri zəfilətməkdir. Müxtəlif rəsmilər vasitəsilə İrəvana sərt xəbərdarlıqların da əsas xəttini Qərblə münasibətlərə görə təhdidlər tutur. Fransanın siyasəti də istər-istəməz bu ssenariyə xidmət edir.

Bu isə labüd sual doğurur: Fransanın real marağı nədir? Paris daxili siyasi dividentlər və diaspor təzyiqi naminə bu mənasız və nəticəsiz xətti davam etdirir, yoxsa Qərbin regiondakı rolunu zəiflədən daha mürəkkəb geosiyasi oyunun iştirakçısına çevrilib? Bir tərəfdən Fransanın atdığı addımlar ardıcıl şəkildə Qərbin Cənubi Qafqazdakı mövqelərini zəiflədir, digər tərəfdən isə regionda yaranmış yeni reallıqlar fonunda Rusiyanın manevr imkanlarını genişləndirir. Bu konfiqurasiya təsadüf kimi izah olunmaq üçün həddən artıq sistemlidir. Rusiya ilə gizli razılaşmalar barədə açıq və birbaşa sübutlar olmasa da, Fransanın siyasətinin nəticələrinin Moskvanın maraqları ilə bu qədər üst-üstə düşməsi Parisin strateji baxışının nə dərəcədə düşünülmüş və uzunmüddətli olduğunu ciddi şəkildə sual altına alır. Əgər Fransa, həqiqətən, Avropa təhlükəsizliyinin və Qərbin regiondakı təsir imkanlarının qorunmasında maraqlıdırsa, o zaman qəbul etdiyi qərarların real nəticələri ilə öz iddiaları arasındakı bu dərin ziddiyyətə izah vermək məcburiyyətində qalacaq. Yəqin ki, Qərbin müəyyən siyasi dairələri bir gün Parisə bu sualı ünvanlayacaqlar.

Nəticə etibarilə, Fransa parlamentinin qəbul etdiyi son qətnamə sülhə xidmət edən sənəd deyil, siyasi ambisiyaların və yanlış hesablanmış xarici siyasətin məhsuludur. Bu cür yanaşma Fransanı regionda proseslərin mərkəzinə deyil, kənarına itələyir, Qərbin Cənubi Qafqazdakı rolunu isə daha da zəiflədir. Reallıq isə dəyişməz qalır: regionda davamlı sülh yalnız tərəflərin birbaşa dialoqu və beynəlxalq hüquqa əsaslanan balanslı yanaşma ilə mümkündür. Hansısa ölkənin parlamentinin qərarları isə adi kağız parçasından başqa bir şey deyil.

"Report" İnformasiya Agentliyi

Paylaş

Xəbər lenti

Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb Bu gün, 00:48 Qalibaf: Hörmüz boğazı İranın nəzarəti altındadır Bu gün, 00:48 Hollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib Dünən, 23:48 İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü Dünən, 23:48 SEPAH Hörmüz boğazının bağlandığını elan edib Dünən, 23:48 Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi Dünən, 23:48 "Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər Dünən, 23:48 ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb Dünən, 23:48 Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər Dünən, 22:48 "Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? Dünən, 22:48 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb Dünən, 22:48 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir" Dünən, 21:48 Ağdamda gənc FACİƏLİ şəkildə öldü Dünən, 21:48 Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb Dünən, 21:48 Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq? Dünən, 21:48 Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır Dünən, 20:48 İranda 50 gündür internet yoxdur Dünən, 20:48 Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib Dünən, 20:48 Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb Dünən, 20:48 Bu gün paytaxtın 556  küçəsi yuyuldu Dünən, 20:48 "Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Dünən, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Dünən, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Dünən, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Dünən, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Dünən, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Dünən, 18:48 Bakının 556 küçəsi yuyuldu Dünən, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Dünən, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Dünən, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Dünən, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Dünən, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Dünən, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Dünən, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Dünən, 17:48 Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar Dünən, 17:48 Keçmiş mətbuat katibi VƏFAT ETDİ Dünən, 17:48 Hörmüz boğazında daha bir gəmi VURULDU Dünən, 17:48 Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku Dünən, 17:48 Xırdalanda QƏTL: Şübhəli saxlanıldı Dünən, 17:48 Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq" Dünən, 17:48 Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Dünən, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Dünən, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Dünən, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Dünən, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Dünən, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Dünən, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR