
Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.
AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.