22-04-2026, 14:48 123

Elçin Əmirbəyov Britaniyada Azərbaycanın Orta Dəhliz çərçivəsində geosiyasi və geoiqtisadi strateji rolunu müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Baş nazirinin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər, Birlik ölkələri və İnkişaf Nazirliyində siyasi direktor Edvard Livelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə direktor Conatan Allen, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kris Allan, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədr müavini Nusrat Qani, Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən, eləcə də bir sıra parlament üzvləri ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşlər zamanı tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri, ölkələr arasında keçən il elan edilmiş strateji tərəfdaşlıq ruhunda birgə atılacaq növbəti addımlar, habelə Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizlik məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar. Həmsöhbətlər Baş nazir Keyr Starmerin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim və ətraf mühit sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, yeni şəraitdə praktiki əməkdaşlıq üçün əlavə perspektiv sahələrin mövcud olduğunu qeyd edərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Yaxın Şərqdə gərginlik fonunda Birləşmiş Krallıq vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bur daha minnətdarlıq ifadə olunub. Azərbaycanın Şərq–Qərb marşrutu və Orta Dəhliz çərçivəsində artan geosiyasi və geoiqtisadi strateji rolu xüsusi olaraq qeyd olunub və bu sahədə də ikitərəfli əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğu dilə gətirilib.

Parlamentdə danışıqlar zamanı tərəflər iki ölkə parlamentlərarası dialoqun daha da möhkəmləndirilməsi, bu kontekstdə parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili və həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Elçin Əmirbəyov britaniyalı həmsöhbətlərini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri barədə də məlumatlandırıb. O, ötən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların əhəmiyyəti, ondan sonra qarşılıqlı etimadın qurulması və sülh gündəliyinin genişləndirilməsi istiqamətində müxtəlif sahələrdə atılan konkret addımlar barədə qarşı tərəfini məlumatlandıraraq, Azərbaycan tərəfinin Ermənistanla uzunmüddətli və dönməz sülhün bərqərar olunmasına sadiq qaldığını bildirmişdir. Bununla yanaşı, Prezidentin nümayəndəsi Ermənistanda cari il ərzində keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin sülh sazişinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı sülhün təmin olunması baxımından həlledici rol oynayacağını bildirib.

Öz növbəsində, Birləşmiş Krallıq tərəfi Azərbaycan ilə Ermənistan arasında sülh prosesində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirərək, Azərbaycan tərəfindən sülhün möhkəmləndirilməsi istiqamətində atılan praktiki addımları alqışlayaraq, sülh sazişinin qısa müddətdə imzalanacağına ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Londonda yerləşən nüfuzlu beyin mərkəzi olan Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitutda (IISS) region üzrə ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələri iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycan–Ermənistan normallaşma prosesi və Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri barədə çıxış edib. Bundan əlavə, Prezidentin nümayəndəsi "The Guardian" və "Daily Express" media qurumlarına müsahibələr verib.

Paylaş

Xəbər lenti

Çinli alimlər Ay nümunələrində iki yeni mineral aşkar ediblər Bu gün, 14:48 Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib Bu gün, 14:48 ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib Bu gün, 14:48 Vüsal Aslanov yeni rəis təyin etdi Bu gün, 14:48 Təmir işləri zamanı XƏTT ZƏDƏLƏNDİ - 11 min abonent qazsız qaldı Bu gün, 14:48 Əkiz bacı-qardaşdan imtahanda UĞURLU NƏTİCƏ Bu gün, 14:48 Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib Bu gün, 13:48 Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub Bu gün, 13:48 İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb Bu gün, 13:48 Maduro əməliyyatında iştirak edən və qumardan 409.000 dollar qazanan ABŞ əsgəri həbs edilib Bu gün, 13:48 Alimlər gənclərdə qəfil ölümün SƏBƏBİNİ müəyyən ediblər Bu gün, 13:48 Meta işçi sayısının 10 faizini ixtisar edir: təxminən 8 min nəfər işdən çıxarılacaq Bu gün, 13:48 Tramp: "Mənim çox vaxtım var, İranın isə yoxdur" Bu gün, 13:48 Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb Bu gün, 13:48 1127 abonentin qazı daxildən dayandırılıb Bu gün, 12:48 300 bal toplayan Emiliya: "Heç bir hazırlığa getməmişəm" Bu gün, 12:48 Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM Bu gün, 12:48 Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM Bu gün, 12:48 Azərbaycan səmasında parlaq izlər görünə bilər Bu gün, 12:48 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM Bu gün, 12:48 Sabah Bakıda 18° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib Bu gün, 12:48 Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün, 12:48 Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib Bu gün, 12:48 "Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır Bu gün, 11:48 Həftəsonu bu küçələrdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ Bu gün, 11:48 Əvvəlki illərin məzunları üçün Azərbaycan dili üzrə imtahan keçiriləcək Bu gün, 11:48 Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib Bu gün, 11:48 Martda 192 mindən çox şəxsə ailə başçısını itirməyə görə ödəniş verilib Bu gün, 11:48 Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşdü Bu gün, 11:48 VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi – SƏBƏB Bu gün, 11:48 49 kiloqramdan çox narkotik vasitə aşkarlandı, iki nəfər həbs olundu Bu gün, 11:48 Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ Bu gün, 11:48 Nərimanovda 100 min manatlıq qızıl oğurlanıb Bu gün, 11:48 Neftimiz 1 dollar ucuzlaşıb Bu gün, 10:48 İbrahim Tatlısəsin dodaquçuqladan sərvəti AÇIQLANDI Bu gün, 10:48 Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI Bu gün, 10:48 İtaliya Dünya Kuboku təklifini rədd etdi: "Nə mümkün, nə də uyğun deyil" Bu gün, 10:48 Ombudsman Suriyadan gətirilən Azərbaycan vətəndaşları ilə görüşüb Bu gün, 10:48 "Kainat gözəli" təqdim olunan model qaynanası tərəfində ÖLDÜRÜLDÜ Bu gün, 10:48 Kəlbəcər və Laçına sulu qar yağıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu yollarda tıxac var Bu gün, 09:48 Ağdam şəhərinə daha 110 ailə köçürülüb Bu gün, 09:48 Qobustanda iki nəfər torpaq altında qalıb Bu gün, 09:48 Hövsanın bir qismində İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək Bu gün, 09:48 Ağcabədidə evdə yanğın olub, 12 yaşlı yeniyetmə ölüb Bu gün, 09:48 Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarılıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR