24-04-2026, 16:48 268

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

Baş prokuror Kamran Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror İranın ali rəhbəri Ayətullah Seyid Əli Xomeneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

K.Əliyev qeyd edib ki, Azərbaycan və İran xalqları dost, qardaş xalqlardır və ölkələr arasında qədim tarixi, mədəni, dini bağlar mövcuddur. Xüsusilə, vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə iranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçilu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda cənab Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək şəxsən başsağlığı verməsinə və Azərbaycan tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda Azərbaycanın öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 12:48 Bu halda kranla görülən bütün işlər dayandırılacaq Bu gün, 12:48 "McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi Bu gün, 12:48 Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir Bu gün, 12:48 "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub Bu gün, 12:48 Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb Bu gün, 12:48 Maliyyə nazirinə yeni müşavir təyin edilib Bu gün, 12:48 Sabahdan Bakı metrosunda intervallar azaldılır Bu gün, 12:48 Komaya düşən Sevda Məmmədzadənin qızı: "Artıq orqanları iflas edir" Bu gün, 12:48 QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir Bu gün, 11:50 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib Bu gün, 11:50 9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı Bu gün, 11:50 Əməkdar artist Yaqub Zurufçunun vəfatından 5 il ötür Bu gün, 11:50 İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 11:49 Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: "Bu, isterika və təxribatdır" Bu gün, 11:49 DTX rəisi Əli Nağıyev Çinə gedib Bu gün, 11:49 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 11:49 TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər Bu gün, 11:48 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir Bu gün, 11:48 Dilarədən YENİ FOTOSESSİYA - "Azərbaycanın Türkan Şorayı"nı çəkirik Bu gün, 11:48 "Bakı Metropoliteni"ndə hərəkət interval üzrə bərpa olunub Bu gün, 10:48 TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək Bu gün, 10:48 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək Bu gün, 10:48 Fuad Əliyevə vəzifə verildi Bu gün, 10:48 Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi Bu gün, 10:48 Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 Kıvanç Tatlıtuğun işçisi damdan yıxıldı - Aktyor barədə istintaq başladıldı Bu gün, 10:48 Veteran polkovnik vəfat etdi - FOTO Bu gün, 10:48 "Bakı Metropoliteni"ndə hərəkət interval bərpa olunub Bu gün, 09:48 Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb Bu gün, 09:48 Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir Bu gün, 09:48 Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 09:48 Allahşükür Paşazadə: Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər Bu gün, 09:48 Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR