Bu gün, 18:48 39

Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY

Azərbaycanın Ukraynaya humanitar yardımı dövlət maraqları baxımından balanslaşdırılmış, prinsipial və praqmatik siyasətin nümunəsidir.

BAKU.WS xəbər verir ki, bununla bağlı report-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov danışıb.

Onun sözlərinə görə, uzun illər münaqişədən, işğaldan və mina problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan müharibənin mülki əhali üçün yaratdığı nəticələri yaxşı anlayır:

"Buna görə Ukraynaya göndərilən elektrik generatorları, kabellər, transformatorlar, tibbi və zəruri ləvazimatlar siyasi tərəf tutmaqdan çox humanitar məsuliyyət kimi qiymətləndirilməlidir. 2025–2026-cı illərdə Azərbaycan Ukraynaya elektrik təchizatının bərpası üçün yeni yardım partiyaları göndərib. Ukrayna tərəfi Azərbaycanın ümumi humanitar dəstəyinin 45 milyon ABŞ dollarını keçdiyini bildirib. Mina təmizlənməsi sahəsində yardım da xüsusi əhəmiyyət daşıyır".

O qeyd edib ki, Azərbaycan özü işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzədir və bu sahədə həm ağrılı təcrübəyə, həm də texniki biliklərə malikdir:

"ANAMA xətti ilə Ukraynaya "Revival P" minatəmizləmə texnikasının verilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın humanitar diplomatiyasının konkret nəticəsidir".

Deputat vurğulayıb ki, müharibədən zərər çəkmiş uşaqların Bakıya gətirilməsi, onların psixoloji və sosial bərpasına dəstək göstərilməsi gələcək nəsillərin travmadan çıxmasına xidmət edir:

"Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası da bu siyasətin mühüm hissəsidir. 2025-ci ildə daha 30 uşağın reabilitasiya üçün Azərbaycana göndərilməsi, 2026-cı ildə isə yeni qrupların qəbul edilməsi bu təşəbbüsün davamlı xarakter daşıdığını göstərir".

V.Qafarov onu da qeyd edib ki, Azərbaycanın Ukrayna-Rusiya müharibəsində neytral mövqe tutması dövlət maraqlarına əsaslanan rasional siyasətdir:

"Azərbaycan Ukraynanın ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşır, lakin müharibədə hərbi-siyasi bloklaşmaya qoşulmur. Bu yanaşma ölkəmizə həm Ukrayna ilə humanitar və siyasi əlaqələri saxlamağa, həm də Rusiya ilə təhlükəsizlik, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində münasibətləri davam etdirməyə imkan verir. Bu siyasətin məntiqi ondan ibarətdir ki, Azərbaycan öz aralarında problem yaşayan dövlətlərlə münasibətləri bərabərhüquqlu əsasda inkişaf etdirməyi bacarır. Rusiya-Gürcüstan münasibətləri fonunda Azərbaycanın həm Moskva, həm də Tbilisi ilə işlək münasibətlər saxlaması buna nümunədir. Eyni model Ukrayna və Rusiya istiqamətində də görünür: Azərbaycan humanitar məsələlərdə Ukraynaya dəstək verir, eyni zamanda Rusiya ilə açıq qarşıdurmaya getmir".

Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY

Deputat vurğulayıb ki, Ukraynaya yardım Azərbaycanın beynəlxalq imicini gücləndirir, mina və müharibə qurbanları ilə həmrəyliyini göstərir, amma ölkəni böyük güclərin qarşıdurmasının birbaşa tərəfinə çevirmir:

"Nəticə etibarilə, Azərbaycanın mövqeyi üç əsas prinsipə söykənir: humanizm, ərazi bütövlüyünə hörmət və milli maraqların qorunması. Dövlət maraqlarımız baxımından ən düzgün xətt də məhz budur: humanitar dəstək göstərmək, diplomatik balansı qorumaq və Azərbaycanın regional sabitlikdə müstəqil aktor kimi rolunu möhkəmləndirmək".

Paylaş

Xəbər lenti

Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub Bu gün, 19:48 Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz Bu gün, 19:48 Azər Əkbərli vəfat etdi Bu gün, 19:48 Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu Bu gün, 18:48 "Sumqayıt" Premyer Liqanın XXIX turunda "İmişli"ni məğlub edib Bu gün, 18:48 Gözlərimizin zəifləməməsi üçün nə etməli? Bu gün, 18:48 Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY Bu gün, 18:48 Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar Bu gün, 18:48 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" Bu gün, 18:48 Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Bu gün, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Bu gün, 17:48 Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr Bu gün, 17:48 Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır Bu gün, 17:48 WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq Bu gün, 17:48 Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Bu gün, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Bu gün, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Bu gün, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Bu gün, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Bu gün, 16:48 Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı Bu gün, 16:48 Naxçıvanda Çernobıl əlillərinə avtomobil təqdim olunub Bu gün, 16:48 İtkin düşən 13 nəfər ötən gün tapılıb Bu gün, 16:48 Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Bu gün, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Bu gün, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Bu gün, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Bu gün, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Bu gün, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Bu gün, 15:48 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48 Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik Bu gün, 14:48 "Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb Bu gün, 14:48 Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" Bu gün, 14:48 Azərbaycanlı məşhurlar Amerikada bir araya gəldilər Bu gün, 14:48 Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48 "Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi Bu gün, 13:48 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib Bu gün, 13:48 AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır Bu gün, 13:48 Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR