Bu gün, 18:48 48

Tam orta təhsil səviyyəsi üzrə mart ayında keçirilən buraxılış imtahanından sonra mediada və sosial platformalarda abituriyent və valideynlərin sualların çətin olması ilə bağlı şikayətləri eşidilir. Buraxılış imtahanlarının mərhələli təşkili, zonalar üzrə keçirilən imtahanlar arasında böyük vaxt fərqinin nəticələrdə mənfi rol oynaması ilə bağlı da şikayətlər var. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayevin "Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə" fikirləri isə valideyn və abituriyentlərin fikirlərinə bir növ haqq vermiş olub.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Sual düşündürücü olmalıdır, çaşdırıcı yox"

"Sualların necə tərtib olunması, nəyi ölçməsi və hamı üçün nə dərəcədə ədalətli olması çox həssas məsələdir", - deyən Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın fikrincə, nazirin səsləndirdiyi fikir əslində uzun illərdir səssiz şəkildə danışılan bir narahatlığı üzə çıxarıb: "Bəzən həqiqətən də elə suallar olur ki, şagird "tələyə düşməmək" üçün diqqət oyununa girir. Bu da belə bir hiss yaradır ki, sanki məqsəd şagirdin nəyi bildiyini yox, harada çaşacağını yoxlamaqdır. Amma digər tərəfdən baxanda, imtahan suallarının müəyyən hissəsinin düşündürücü və fərqləndirici olması da vacibdir. Çünki yüksək nəticə göstərənlərlə orta nəticə göstərənləri ayırmaq üçün yalnız sadə yaddaş tipli suallar kifayət etmir. Dünya təcrübəsində də (məsələn, OECD-nin PISA qiymətləndirməsində) suallar daha çox analiz, tətbiq və düşünmə bacarıqlarını ölçür. Amma burada incə xətt var: sual düşündürücü olmalıdır, çaşdırıcı yox".

"Zənnimcə, burada da şagirdə haqsızlıq edirik"

G.Əkbərova bildirir ki, şagird və valideynin imtahanlarda hiss etdiyi çətinlik tam realdır. Xüsusilə proqramla suallar arasında uyğunluq zəif hiss olunanda bu narahatlıq artır: "Abituriyentin qəbul proqramı MİQ və sertifikasiyadan çox fərqlənmir, zənnimcə, burada da şagirdə haqsızlıq edirik". İŞ üzvü son vaxtlar ən çox müzakirə olunan və narahatlıq yaradan məsələyə - zonalar üzrə fərqli vaxtlarda keçirilən buraxılış imtahanlarına da diqqət çəkdi: "Bu, doğrudan da ən çox müzakirə doğuran məqamlardan biridir. Şagirdlər arasında "kimin daha üstün şəraitdə imtahan verdiyi" ilə bağlı müqayisələr qaçılmaz olur. Vaxt fərqi həm psixoloji hazırlığa, həm də məlumat dövriyyəsinə təsir edə bilir. Dünyada da bu problem tam həll olunmuş deyil. Bu baxımdan, bizdə də əsas məsələ sualların standartlaşdırılması və bərabərliyinə maksimum zəmanət verilməsi olmalıdır. Ümumilikdə məncə, burada ən doğru yanaşma qarşıdurma yox, balansdır. Əsas məsələ iki tərəfin ortaq nöqtədə görüşməsidir: aydın proqram, şəffaf izah, real bacarıqları ölçən, amma çaşdırmağa yönəlməyən suallar".

"Əgər 30 sualdan 25-i və ya daha çoxu çətindirsə..."

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert, tarix müəllimi Səxavət Zeynalovun fikrincə, imtahan sualları artıq neçə ildir ki, çətindir: "Suallar söz oyunu kimi qurulur və bəzən şagird sualı başa düşmədiyi üçün cavabı səhv yazır. Sözsüz ki, məntiqi düşüncə yoxlanılmalıdır, ancaq bu, şagirdi çaşdırmağa yönəlməməlidir. İmtahandan öncə təkcə sualların doğruluğu deyil, həm də çaşdırıcı olub-olmaması da yoxlanılmalıdır. Əgər 30 sualdan 25-i və ya daha çoxu çətindirsə, bu, problem yaradacaq". Ekspert hesab edir ki, abituriyentlər üçün tərtib edilən proqramlar çox ağırdır: "Beş fəndən qəbul imtahanı verən, eyni gündə üç imtahana girən şagird üçün proqram ağırdır. Son illərə qədər bəlkə də, şagird bu proqramlarla bacara bilirdi. Amma indiki texnoloji dövrdə müəllimlər şagirdləri oxutmaqda çətinlik çəkirlər. Nəticədə şagirdlərin çoxu xarici ölkələrin daha asan proqramlarına yönəlirlər". S.Zeynalovun sözlərinə görə, bu il xüsusilə, Azərbaycan dili və riyaziyyat fənlərindən olan suallar çətin və vaxt aparan olub: "Çətinlik qəbul proqramı və şagirdin yaş səviyyəsi ilə heç uyğun gəlmir".

"Necə çətin sual hazırlaya bilərəm?"

Ekspertin fikrincə, mövcud problemlərin həlli üçün konkret müzakirələr aparılmalıdır: "Ölkədə sanki, hər kəs "necə çətin sual hazırlaya bilərəm?" yarışına girir. Məsələn, Azərbaycan tarixi fənni 5-ci sinifdən keçilir. Həmin fəndən 5-ci sinif üçün sınaqlarda, KSQ-lər və BSQ-lərdə elə suallar salınır ki, bu, şagirdlərin fəndən soyumasına gətirib çıxarır".

"Suallar sadə, aydın, tətbiq və analiz yönümlü olmalıdır"

Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin müəllimi Səbinə Heybətova mövzuya övladı buraxılış imtahanı verən bir valideyn kimi münasibət bildirir: "İmtahanlar üçün "ən çox səhv aşkarlayan" yox, "ən düzgün ölçən" suallar hazırlanmalıdır. Suallar "tələ" xarakterli deyil, sadə, aydın, tətbiq və analiz yönümlü olmalıdır. Hər sual konkret bir bacarığı ölçməlidir. İmtahandan əvvəl suallar pilot qruplarda yoxlanılmalı, testlərdə asan-orta-çətin balansı qorunmalıdır. Çətin suallar azlıq təşkil etməli və seçici rol oynamalıdır. Suallar birbaşa kurikuluma əsaslanmalıdır. Dərslikdən kənar qeyri-standart və dolaşıq məzmun minimuma endirilməlidir".

S.Heybətovanın fikrincə, aktiv müəllimlər imtahan suallarının hazırlanmasına və ekspertizasına cəlb olunmalıdırlar: "Real sinif təcrübəsi sual keyfiyyətini artırır. Qiymətləndirmə meyarları əvvəlcədən aydın izah olunmalı, nümunə suallar və izahlı cavablar paylaşılmalıdır".

"İlk növbədə uşaqları məktəbə qaytarmaq lazımdır"

Təhsil eksperti İlham Əhmədov buraxılış imtahanlarında narazılıqların hər il təkrarlandığını bildirir: "Biz hər dəfə suallara baxmalı deyilik. Prinsipial məsələlər həll edilməli, ümumi qaydalar olmalıdır. Bunun üçün DİM və ETN birgə fəaliyyət göstərməli, ümumi fəaliyyət strategiyası müəyyən etməlidir". Ekspertin fikrincə, suallar orta çətinlikdə tərtib edilməli, şagirdləri stresə salmamalıdır:

"Bu, olimpiada deyil, imtahanda standart biliklərin və bacarıqların standart yollarla yoxlanılması olmalıdır. Tədricən yazılı imtahanlar tətbiq edilir, süni intellektdən istifadə planlaşdırılır. Yəqin ki, bunun nəticəsində daha obyektiv qiymətləndirmələr mümkün olacaq. İlk növbədə uşaqları məktəbə qaytarmaq lazımdır. Repetitor təhsili uşaqları psixi, fiziki, fizioloji cəhətdən, valideynləri isə maddi cəhətdən əldən salıb. Bunun heç kimə xeyri yoxdur. Bu, təhsil deyil".

Paylaş

Xəbər lenti

Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib Bu gün, 19:48 Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var Bu gün, 19:48 Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı Bu gün, 19:48 Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var Bu gün, 18:48 "Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ Bu gün, 18:48 Azərbaycanda Əməkdar artist vəfat edib Bu gün, 18:48 "Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir? Bu gün, 18:48 Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Bu gün, 17:48 Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb Bu gün, 17:48 Çexiyanın Baş naziri Azərbaycana gəlir Bu gün, 17:48 Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Bu gün, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Bu gün, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Bu gün, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Bu gün, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Bu gün, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Bu gün, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Bu gün, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Bu gün, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Bu gün, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Bu gün, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Bu gün, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Bu gün, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Bu gün, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Bu gün, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Bu gün, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Bu gün, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Bu gün, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Bu gün, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Bu gün, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Bu gün, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Bu gün, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Bu gün, 11:48 Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 "Kızılcık Şerbeti"nin aktrisası "Porsche"si ilə gündəm oldu Bu gün, 11:48 "Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48 Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər Bu gün, 10:48 Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA Bu gün, 10:48 Saxlanılan şəxsin hədəfi Tramp administrasiyasının rəsmiləri olub Bu gün, 10:48 Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub Bu gün, 10:48 Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək Bu gün, 09:48 Azərbaycanda maşın almaq istəyənlərə ŞAD XƏBƏR Bu gün, 09:48 Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi Bu gün, 09:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"la üz-üzə gələcək Bu gün, 09:48 Bu gün Mir Cəlal Paşayevin doğum günüdür Bu gün, 09:48 Tramp: ABŞ İrandan yeni təklif alıb Bu gün, 00:48 Yeni həftədə yaxşı pul qazanacaq bürclər Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR