
Haitidə BMT missiyası çərçivəsində uçuş həyata keçirən Belçikaya məxsus hərbi nəqliyyat təyyarəsi atəşə tutulub.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verilir ki, Airbus A400M tipli təyyarə Dominikan Respublikasının paytaxtı Santo Dominqodan Haitinin paytaxtı Port-o-Prens istiqamətində uçuş edərkən hədəfə alınıb. Uçuşdan sonra aparılan texniki baxış zamanı təyyarənin quyruq və mühərrik hissəsində güllə izləri aşkar edilib.
Məlumata görə, təyyarə BMT missiyası çərçivəsində təxminən 80 çadlı hərbçini Port-o-Prensə çatdırıb. Hərbçilər endirildikdən sonra hava gəmisi təhlükəsiz şəkildə geri qayıdıb.
İlkin ehtimallara əsasən, təyyarə enişə yaxın mərhələdə atəşə tutulub. Hadisə nəticəsində ekipaj üzvlərinin xəsarət almadığı bildirilib.
Faktı Belçika Müdafiə Nazirliyi təsdiqləyib. Hadisənin səbəbləri və hücumu törədən şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.