
"Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi potensialının atmasına kömək olacaq".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.
O vurğulayıb ki, Naxçıvanın ölkə iqtisadiyyatında payı artır:
"Bu tendensiyanın gələcək illərdə daha da sürətlənəcəyi proqnozlaşdırılır. Zəngəzur dəhlizinin açılması Naxçıvanın daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək. Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək".
Nazir, həmçinin bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib:
"Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmə istiqamətində mühüm nəticələr əldə olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.