
Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov onun üçün Dağıstanda idman bazasının tikilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
AVESTA.AZ xəbər verir ki, 37 yaşlı sabiq çempion bu iddiaların həqiqəti əks etdirmədiyini deyib.
O, sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, heç vaxt onun xərcləri qarşılanmayıb və onun üçün xüsusi idman zalı tikilməyib.
Xatırladaq ki, daha əvvəl UFC-nin yüngül çəki dərəcəsində reytinqdə ikinci pillədə qərarlaşan digər rusiyalı döyüşçü Arman Tsarukyan iddia etmişdi ki, Rusiya prezidenti Vladimir Putin Həbib üçün Dağıstanda idman infrastrukturu yaradıb.
Nurməhəmmədov isə bu məlumatları qəti şəkildə rədd edərək onların "tamamilə yalan" olduğunu vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.