Dünən, 23:48 63

Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Mingəçevir şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

AVESTA.AZ xəbər verir ki, ictimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

6 200 iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Mingəçevir şəhərinin memarlıq abidələri barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

***14:15

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini, memarlıq-tikinti məsələləri sektorunun müdiri Etibar Abdullayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər.

E.Abdullayev Mingəçevir şəhərinin yaranma tarixin, inkişaf dövrü və Baş planı haqda məlumat verdi.

R.İdrisoğlu Azərbaycanın inkişafından bəhs edərkən bildirib ki, şəhərlərin planlı inkişafının əsasında sistemli yanaşma dayanır. O vurğulayıb ki, bu yanaşmada insan amili, sosial rifah və ərazi balansı daim ön planda saxlanılır. Bildirilib ki, ölkədə müasir şəhərsalma siyasətinin əsası mövcud qanunvecilik və hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhər və kəndlərin tarazlı inkişafının təmini məqsədi ilə hazırlanan şəhərsalma sənədləridir. Bu günə qədər ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub və digərlərinin üzərində işlər ardıcıl davam etdirilir.

E.Hüseynzadə gəncləri WUF13 tədbirində fəal iştirak etməyə çağırıb. O, çıxışında WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyətini və onun çərçivəsində gənclərdə maraq doğuracaq əsas tədbirləri diqqətə çatdırıb.

WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Paylaş

Xəbər lenti

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub Bu gün, 00:48 Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi Dünən, 23:48 Ayxan Hacızadə: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik Dünən, 23:48 Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var Dünən, 23:48 Sarkozi şərti azadlığa buraxıldı Dünən, 23:48 Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş" Dünən, 23:48 Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı Dünən, 23:48 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb Dünən, 22:48 Tramp İranla razılaşma ehtimallarından danışıb Dünən, 22:48 Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir Dünən, 22:48 Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb Dünən, 22:48 Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI Dünən, 21:48 Şəhid atası vəfat etdi Dünən, 21:48 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib Dünən, 21:48 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT Dünən, 21:48 "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Dünən, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Dünən, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Dünən, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Dünən, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Dünən, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Dünən, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Dünən, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Dünən, 19:48 Bakıda yeni dairəvi yollar tıxaclara son qoyacaq? Dünən, 19:48 Sürücülərin bal limiti artırıla bilər? Dünən, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Dünən, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Dünən, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Dünən, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Dünən, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Dünən, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Dünən, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Dünən, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Dünən, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Dünən, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Dünən, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Dünən, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Dünən, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Dünən, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Dünən, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Dünən, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Dünən, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Dünən, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Dünən, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Dünən, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Dünən, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Dünən, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR