
ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avropa Ortamüddətli Hava Proqnozları Mərkəzi (ECMWF) tərəfindən yayımlanan yeni iqlim proqnozları dünyada güclü "Super El Nino" hadisəsinin baş vermə ehtimalının artdığını göstərib.
BAKU.WS xəbər verir ki, bu proses qlobal temperaturun kəskin yüksəlməsinə səbəb ola və 2027-ci ilin tarixdə ən isti illərdən biri kimi qeydə alınmasına gətirib çıxara bilər.
Alimlərin sözlərinə görə, Sakit Okean səthində su temperaturunun normadan xeyli yüksəlməsi ilə formalaşan El Nino hava sistemləri dünyanın müxtəlif bölgələrində iqlim balansını dəyişir. Yeni proqnozlara əsasən, ekvatorial Sakit okeanda suyun temperaturu payız aylarında normadan təxminən 3 dərəcə yüksək ola bilər.
Qeyd olunub ki, El Ninonun "super" kateqoriyasına daxil edilməsi üçün temperatur artımı ən azı 2 dərəcə olmalıdır. Bu həddin aşılması isə daha sərt hava hadisələrinə yol aça bilər.
İqlim mütəxəssisləri hesab edirlər ki, güclü El Nino təsiri 2026-cı ilin sonuna qədər davam edərsə, 2027-ci ildə dünyada rekord istilər, quraqlıq, daşqın və tropik fırtınaların sayı arta bilər.
Mütəxəssislər hökumətləri və fövqəladə hallar qurumlarını mümkün iqlim risklərinə qarşı əvvəlcədən hazırlıq görməyə çağırırlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.