
Misli Premyer Liqasının XXXI turunda "Kəpəz" səfərdə son Azərbaycan çempionu "Sabah"a qalib gəlib.
BAKU.WS xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub.
Turnir cədvəlində 10-cu sırada yer alan "Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq yerini möhkəmləndirib. 75 xalla lider olan "Sabah" isə çempionluğunu rəsmiləşdirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.