Dünən, 23:48 70

Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıbGəncə şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi şəxslər, eləcə də ictimaiyyət nümayəndələri festivalda iştirak ediblər.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

28 minə yaxın iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Gəncə şəhərinin memarlıq abidələrinə dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

"WUF13-lə bağlı tədbirlərin təşkili şəhər mühitinin formalaşması üçün vacib addımdır".

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Gəncədə təşkil olunan WUF13 Festivalını dəyərləndirən şəhər sakini Fatimə Kərimli deyib.

O, tədbirin proqramının çox maraqlı olduğunu vurğulayıb:

"Bu gün burada yeni biliklər və dostlar, həmçinin fərqli təcrübə və gələcək layihələrim üçün motivasiya qazandım".

Digər sakin Vüsal Orucov isə bildirib ki, bu tədbir Azərbaycan gəncliyi üçün şəhərsalma meyarlarının izahı, ümumilikdə isə urbanizasiya ilə bağlı yeni məlumatların əldə olunması ilə seçilib:

"Belə tədbirlərin keçirilməsi şəhər mühitinin formalaşması üçün vacib addımdır. Əsas da bu, işğaldan azad olunmuş torpaqlarda şəhərlərə həyatın yenidən qaytarılması və salınması baxımından vacibdir".

Şəhər sakini Əliyar Səfərov isə bildirib ki, WUF13 Festivalının bölgələrdə keçirilməsi gənclər üçün böyük stimuldur:

"Şəhər sakinləri bu festivala böyük maraq göstərirlər. Burada qurulan stendlər, gənclər üçün təşkil olunan oyunlar da maraqla qarşılanır. Ümumilikdə isə deyə bilərəm ki, festival çox yüksək səviyyədə keçir".

Qeyd edək ki, Gəncə şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı davam edir.

Tədbirdə Xalq artisti Miri Yusifin konsert proqramı böyük maraqla qarşılanıb, sənətçinin səsləndirdiyi mahnılar iştirakçılar arasında çoşqu yaradıb.

***19:20

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı Gəncədə böyük coşqu ilə keçirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, festivalın axşam proqramı Gəncənin mərkəzində yerləşən Heydər Əliyev meydanında davam etdirilir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov Gəncə sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılır.

Paylaş

Xəbər lenti

Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü Bu gün, 00:48 Faşizm üzərində qələbədən 81 il ötür Bu gün, 00:48 FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi Dünən, 23:48 Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Tokayev Moskvaya işgüzar səfər edib Dünən, 23:48 Ağsu dolaylarında qorxulu anlar: Yol çökdü, hərəkət məhdudlaşdırıldı Dünən, 23:48 AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı Dünən, 23:48 "Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu Dünən, 22:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 22:48 "Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı Dünən, 22:48 Brilliant Dadaşova: "Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım" Dünən, 22:48 Bakının mərkəzində iki küçə bağlanacaq - XƏBƏRDARLIQ Dünən, 21:48 Bu dəfə imtahanda ən çox bal yığan onlar oldu - FOTOLAR Dünən, 21:48 Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - Bu tarixdən... Dünən, 21:48 DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib Dünən, 21:48 Nadir Qafarzadə: "İnstaqramdansa TikTok təmizlənsin" Dünən, 21:48 Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU Dünən, 20:48 Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar Dünən, 20:48 Masazırda narkotik satanlar ƏLƏ KEÇDİ Dünən, 20:48 Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib Dünən, 19:48 Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? Dünən, 19:48 Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə ediblər Dünən, 19:48 Şəhid xanımına leytenant rütbəsi təqdim olundu Dünən, 19:48 Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq Dünən, 19:48 Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib Dünən, 19:48 SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb Dünən, 19:48 Ermənistan XİN başçısının Luis Okampo ilə gizli əlaqələri ifşa olunub Dünən, 19:48 Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq Dünən, 18:48 "İmişli" klubu 7 qat Türkiyə çempionu "Trabzonspor"u Azərbaycana dəvət edib Dünən, 18:48 ABF rəsmisi Vaqif Kazımov: "Heydər Əliyev kuboku-2026" turnirinə güclü boksçular qatılmışdı" Dünən, 18:48 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq Dünən, 18:48 Abadlaşan Şuşadan GÖRÜNTÜLƏR Dünən, 18:48 AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi Dünən, 18:48 Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU Dünən, 18:48 "Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə Dünən, 18:48 Meksikada məktəblilər yay tətilinə 40 gün tez çıxacaq Dünən, 17:48 AFFA-dan "Qarabağ"a SƏRT CƏZA Dünən, 17:48 Azərbaycanda direktor müavini öldü Dünən, 17:48 Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ Dünən, 17:48 İqtisadi Şuranın iclasında turizmin inkişafına dair qərarlar qəbul olunub Dünən, 17:48 Polis kursantlarından Ulu öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob Dünən, 17:48 Dövlət Xidmətinə rəis müavini təyin olundu Dünən, 17:48 UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi Dünən, 17:48 Sevdiyi qızı qaçıran gəncə hökm oxunub Dünən, 17:48 İranın hücumlarının qarşısı alındı - ABŞ Dünən, 16:48 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib Dünən, 16:48 Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" Dünən, 16:48 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR