
"Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılmaq üçün 178 ölkədən 30 mindən çox iştirakçı qeydiyyatdan keçib".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu sözləri "WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov bildirib.
"17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasına artıq sayılı günlər qalıb. Bu günə olan statistikaya əsasən, 178 ölkədən 30 mindən çox iştirakçı qeydiyyatdan keçib ki, WUF13-də iştirak etsin. Daha çox auditoriyanın bu tədbir haqqında maarifləndirməsi məqsədilə WUF-13 Festivalları keçirilir", - o bildirib və əlavə edib ki, WUF13 Festivalları Proqramı iki hissədən ibarətdir.
Belə ki, tədbirin 1-ci hissəsi səhər saatlarında festivalların keçirildiyi ərazilərdə təhsil müəssisələrində, universitetlərdə, WUF13 barədə məlumatlandırma sessiyalarıdır:
"Axşam saatlarında isə açıq havada ictimai proqramdır. Maarifləndirici, əyləncəli proqramdır: interaktiv suallar vasitəsi ilə iştirakçılara WUF13-ün əsas mövzuları, şəhərsalma gündəliyi haqqında ətraflı məlumat veririlir. Qeyd edim ki, bu günə kimi, keçirilən festivallarda artıq 80 minə yaxın iştirakçı olub".
Qeyd edək ki, WUF13 Festivalə aprelin 30-da Qubada, mayın 2-də Lənkəranda, mayın 4-də Qəbələdə, mayın 5-də Şəkidə, mayın 6-da Mingəçevirdə, mayın 8-də Gəncədə, mayın 10-da Xankəndidə keçirilib. Festival mayın 12-də Sumqayıtda, mayın 13-də isə Bakıda baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.