
Vladimir Leninin qardaşı nəvəsinin qızı olan Yelena Ulyanova 47 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Qeyd edilib ki, Yelena Ulyanova 47 yaşında dünyasını dəyişib.
Onun mayın 8-də vəfat etdiyi bildirilir. Ölüm səbəbi kəskin infeksiya olub.
Bu barədə daha ətraflı məlumat isə verilməyib.
Qeyd edək ki, Ulyanova Moskvada anadan olub. 1990-cı illərdə Fransada və ABŞ-da təhsil alıb.
Y.Ulyanova Leninin birbaşa varisi hesab edilməyib. Bu soy xətti Leninin kiçik qardaşı Dmitri Ulyanovun nəslindən gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.