
"Artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupu 28 il fəaliyyət göstərdi. Əslində, bu fəaliyyət elə fəaliyyətsizliyin özü idi".
Baku TV-yə açıqlamasında bu sözləri millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Minsk qrupunun rəsmi missiyası Ermənistan-Azərbaycan münaqişəsini həll etmək olsa da, əsl niyyəti prosesi daimi etmək, yəni dondurmaq idi.
Politoloq Şəbnəm Həsənova isə mövzu ilə bağlı fikirlərini belə ifadə edib:
"Minsk qrupunun diplomatları bölgəyə faktiki olaraq turistik səfərlər edirdilər. Məsələn, Anjey Kaspşik orada özünə villa belə tikdirmişdi. Onlar öz vaxtlarını xoş keçirməyə, güzəranlarını yaxşılaşdırmağa çalışırdılar. Eyni zamanda, Azərbaycana daim belə bir fikir aşılayırdılar ki, münaqişənin heç bir halda hərbi həll variantı yoxdur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.