
Paytaxtda sahibsiz itlər təhlükə yaradıb.
Məsələ ilə bağlı BAKU.WS-in "Qaynar xətti"nə müraciət ediblər.
Şikayətdə bildirilib ki, küçədə uzun müddətdir 10-15-ə yaxın sahibsiz və aqressiv itin məskunlaşması sakinlərin ciddi narahatlığına səbəb olur. Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin qaynar xəttinə, eləcə də Nərimanov Rayon İcra Hakimiyyətinə həm şifahi, həm də yazılı müraciətlər edilsə də, problem hələ də həll olunmayıb.
Sakinlər qeyd ediblər ki, hazırda ərazidə yaşayan uşaqların, yaşlı insanların və digər vətəndaşların təhlükəsizliyi risk altındadır.
Vətəndaşlar aidiyyəti qurumların məsələ ilə bağlı təcili tədbir görməsini istəyirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.