Bu gün, 13:48 95

Nazirlik

Özünü "Dr.Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb.

BAKU.WS "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq adıçəkilən təsərrüfat subyektində araşdırma aparılıb və mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi, 41 ünvanında yerləşən və fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı aşkarlanan nöqsanlara görə aidiyyəti şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1 maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq icraata göndərilib".

Səhiyyə Nazirliyinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayeva "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda deyil və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsi yoxdur:

"Buna görə də onun və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibb xidməti göstərməsi qanunla qadağan olunur və qanun pozuntusu hesab edilir.

Mərkəz tərəfindən aidiyyəti şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirlərin görülməsi də davam etdirilir.

AEM bir daha vurğulayır ki, tibb fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisas və rəsmi icazə tələb olunur. Bu qaydalara əməl etməyən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək".

Bildirilib ki, AEM vətəndaşların müraciətlərinə operativ və obyektiv reaksiya vermək, əhalinin sağlamlığının qorunması və qanunsuz tibbi fəaliyyətin qarşısının alınması istiqamətində öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görür.

Qeyd edək ki, ötən il "Uğur-777" estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan G.Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılmışdı. Məlumata görə, özünü "Dr.Gülü" kimi təqdim edən G.Abdullayeva hazırda "Büllur Estetik" adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. Burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur.

Paylaş

Xəbər lenti

"Qadın səbrli olmalı, hər şeyi nizama salmalıdır" Bu gün, 13:48 İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır Bu gün, 13:48 Azərbaycanda boşanmaların sayının artmasının ən böyük səbəbi ailə modelinin dəyişməsidir Bu gün, 13:48 Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib Bu gün, 13:48 WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilərin DİQQƏTİNƏ! 30 gün... Bu gün, 13:48 11-ci sinif şagirdi məktəbdə xəsarət aldı Bu gün, 13:48 Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi Bu gün, 13:48 Tramp və Si arasında ticarət razılaşması qlobal bazarlara təsir edə bilər Bu gün, 13:48 Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı Bu gün, 13:48 6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib Bu gün, 13:48 Bakı-Qəbələ qatarı ilə bağlı YENİLİK! Bu gün, 13:48 Muxtar Babayev: Azərbaycan Cənub–Cənub əməkdaşlığını gücləndirir Bu gün, 12:48 Akif İslamzadə xəstəxanadan evə buraxılıb Bu gün, 12:48 III kurs tələbəsi vəfat etdi Bu gün, 12:48 Səfərbərlik Xidməti bu şöbələri LƏĞV ETDİ Bu gün, 12:48 Gürcüstanda 7 azərbaycanlı gəncin öldüyü AĞIR QƏZA olub Bu gün, 12:48 Ceki Çanın yeni filminin çəkilişləri Azərbaycanda olacaq Bu gün, 12:48 Səhiyyə müəssisələrində lisenziya məsuliyyəti ilə bağlı qaydalar açıqlanıb Bu gün, 12:48 30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Yol polisi Sumqayıtda reyd keçirib Bu gün, 12:48 Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib Bu gün, 12:48 Ukraynada Andrey Yermakla bağlı həbs qərarı verilib Bu gün, 11:48 Artıq "LANDAU School"da aylıq ödənişlə təhsil imkanı mövcuddur! Üstəlik, qidalanma daxil! Bu gün, 11:48 Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər Bu gün, 11:48 Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib Bu gün, 11:48 WUF13 iştirakçıları üçün bu istiqamətdə xüsusi avtobus fəaliyyətə başlayıb Bu gün, 11:48 Su kollektorunun üzərindəki 22 evin sökülməsi və kompensasiya təmin ediləcək Bu gün, 11:48 Paytaxtda nazirlər səviyyəsində görüş təşkil olunacaq Bu gün, 11:48 Pensiyalarla bağlı ŞAD XƏBƏR! ÖDƏNİLDİ Bu gün, 11:48 DQİDK-nin dəstəyi ilə İlahiyyat İnistutunda layihə həyata keçirilir Bu gün, 11:48 Xor, vokal və balaban ixtisaslarında YENİLİK Bu gün, 11:48 Minimum əməkhaqqı ilə bağlı VACİB XƏBƏR: 700 min nəfərin maaşı arta bilər! Bu gün, 10:48 Alimlərdən 2026 FIFA DÇ ilə bağlı XƏBƏRDARLIQ! Bu gün, 10:48 Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi Bu gün, 10:48 Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək Bu gün, 10:48 Ağcabədidə güclü külək ağacları aşırdı, avtomobillərə ziyan dəydi Bu gün, 10:48 Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA Bu gün, 10:48 İlham Əliyev Ağakərim Səmədzadəyə YÜKSƏK VƏZİFƏ VERDİ Bu gün, 10:48 FHN Bakıda təlim keçirdi, nöqsanlar aşkarlandı Bu gün, 10:48 Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI Bu gün, 09:48 Bakı və Sumqayıtın bəzi ərazilərində işıqlar sönəcək - SİYAHI Bu gün, 09:48 Türk dünyası tək güc mərkəzi kimi: Şuşada təməli qoyulan strateji həmrəylik Bu gün, 00:48 Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb Bu gün, 00:48 Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq Bu gün, 00:48 Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ Dünən, 23:48 İradə İbrahimova: "Ana-atamı yaxşı tanımamışam" Dünən, 23:48 Məşhur aktyor "Eşref Rüya"da Dünən, 23:48 "Sabah" komandası mükafatlandırılıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR