
Qardabanidə bu səhər baş verən avtomobil qəzasında həlak olan gənclərdən ikisinin də adı məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, dəhşətli qəza nəticəsində faciəli şəkildə ölənlərdən ikisi Yormuğanlı (Qaraçöp) sakinləridir. Onların Eltac Bayramov və Xanoğlan Nəsibov olduğu qeyd edilir.
Məlumata görə, hər iki gəncin 23-24 yaşlarında olduğu bildirilir.
***12:20
Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani bölgəsinin Birlik kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in Gürcüstan KİV-ə istinadən məlumatına görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb. Nəticədə 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, ölənlərin hamısı yerli azərbaycanlı gənclərdir. Onlardan ikisinin qardaş olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi faktı təsdiqləyib və hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.