16-05-2026, 14:48 199

Sürücülərin NƏZƏRİNƏ: Nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq

"mygov" platforması üzərindən təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənməkdə davam edir.

Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi bir sıra xidmət və məlumatlar artıq "mygov" platformasına inteqrasiya olunub. Yeni inteqrasiya dövlət xidmətlərinin ayrı-ayrı sistemlərdən vahid rəqəmsal platformaya keçidi istiqamətində atılan növbəti addımlardandır.

Yenilik nəticəsində vətəndaşlar artıq müxtəlif platformalar arasında keçid etmədən nəqliyyat xidmətlərindən birbaşa "mygov" üzərindən yararlana biləcəklər. Bununla yanaşı, xidmətlərin daha əlçatan, sürətli və istifadəçiyönümlü təqdim olunması vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

"mygov" platformasına inteqrasiya olunan nəqliyyat xidmətləri və məlumatı aşağıdakılardır:

- Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış;

- Sürücülük vəsiqəsinin dəyişdirilməsi;

- Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış;

- Nəqliyyat vasitəsinin texniki baxışı məlumatı.

Qeyd edək ki, vətəndaşlar xidmətlərə mobil tətbiqin "Xidmətlər" bölməsindəki "Nəqliyyat" kateqoriyası vasitəsilə, veb-portalda isə "Daxili İşlər Nazirliyi" bölməsini seçərək keçid edə bilərlər. Eyni zamanda nəqliyyat vasitəsinin texniki baxış məlumatına platformanın məlumatlar bölməsində baxa bilərlər.

"Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış" xidməti vətəndaşlara nəqliyyat vasitəsinin hüquqi statusu barədə məlumatı operativ şəkildə əldə etməyə imkan yaradır. İstifadəçilər müvafiq xidmətə daxil olaraq öz nəqliyyat vasitələri üzrə mövcud arayışları görüntüləyə, zəruri hallarda yeni müraciət formalaşdıra və sənədi rəqəmsal formada əldə edə bilirlər.

"Sürücülük vəsiqəsinin dəyişdirilməsi" xidməti vasitəsilə istifadəçilər müraciət prosesini tam rəqəmsal formada həyata keçirə bilirlər. Platforma sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məlumatların yoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyən edilməsi və ödəniş mərhələlərinin vahid platforma üzərindən icrasına imkan yaradır. Müraciət tamamlandıqdan sonra yeni sürücülük vəsiqəsinin hazır olması barədə istifadəçiyə məlumat təqdim olunur.

"Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış" xidməti vasitəsilə vətəndaşlar nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı müraciəti rəqəmsal qaydada formalaşdıra bilirlər. İstifadəçi hadisə ilə bağlı zəruri məlumatları daxil etdikdən sonra müraciət aidiyyəti üzrə baxılmaq üçün göndərilir və arayış hazır olduqda platforma üzərindən təqdim edilir.

"Nəqliyyat vasitəsinin texniki baxışı" məlumatı isə artıq "mygov" platformasında rəqəmsal formada əlçatandır. Vətəndaşlar nəqliyyat vasitəsinə dair texniki baxış məlumatlarını platforma üzərindən baxa və istifadə edə bilərlər.

"mygov" mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:

- "LinkedIn"

- "Facebook"

- "Instagram"

Paylaş

Xəbər lenti

Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur Bu gün, 00:48 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? Dünən, 23:48 Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub Dünən, 23:48 Estoniyanın Azərbaycanda səfirliyi açılıb Dünən, 23:48 Mourinyo 2029-cu ilə qədər "Real"la müqavilə imzaladı Dünən, 23:48 "Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 23:48 Beyləqanda AĞIR QƏZA: Üç nəfər xəsarət alıb Dünən, 22:48 Dünya çempionatının açılış mərasimi keçirilib Dünən, 22:48 Hansı mövsümi meyvələr allergiya yaradır? - AÇIQLAM Dünən, 22:48 1 həftə sonra məzun olacaqdı... Dünən, 22:48 "5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs hadisəni danışdı Dünən, 21:48 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var Dünən, 21:48 Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib Dünən, 21:48 Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib Dünən, 21:48 Yaşlı azarkeşin Qurban Qurbanov arzusu gerçəkləşdi Dünən, 21:48 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq Dünən, 21:48 "Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?" Dünən, 20:48 Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar? Dünən, 20:48 Sumqayıtda avtoxuliqanlıq edən sürücü ƏLƏ KEÇDİ Dünən, 20:48 Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib Dünən, 20:48 İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayılıb Dünən, 19:48 Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub Dünən, 19:48 DİN 5 tona yaxın narkotik vasitəni məhv edib Dünən, 19:48 Qusardakı torpaq sürüşməsinin ANBAAN GÖRÜNTÜLƏRİ Dünən, 19:48 "Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib Dünən, 19:48 Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb Dünən, 19:48 Ötən ay 68 nəfər Azərbaycana geri qaytarılıb Dünən, 18:48 Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib Dünən, 18:48 Sabah 10 kənddə qaz kəsiləcək Dünən, 18:48 1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA Dünən, 18:48 Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır Dünən, 18:48 Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar tutuldular Dünən, 18:48 Göygöldə iki azyaşlı göldə boğularaq ölüb Dünən, 18:48 "Mənzil 4 nəfərə satılıb, hamısı deyir ki..." - Şirkət vətəndaşın başına necə oyun açıb? Dünən, 18:48 Millimiz iki pillə gerilədi Dünən, 17:48 Bakıda yeni təmayül tədris modelinə qeydiyyat başladı Dünən, 17:48 Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb Dünən, 17:48 II və III qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək Dünən, 17:48 Bu il 116 550 şagird məzun olur Dünən, 17:48 Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb Dünən, 17:48 Parlament boykotu Paşinyana sərf edir, yoxsa yeni legitimlik böhranı yaradır? Dünən, 17:48 Qusarın Laza kəndində sürüşmə olub Dünən, 17:48 120 min dolları oğurlamaq üçün plan qurdular – Binəqədidə iki nəfər tutuldu Dünən, 16:48 İş adamına qarşı 4 milyonluq dələduzluq - Federasiya rəhbərinə ağır cəza istənildi Dünən, 16:48 AAYDA-ya yeni sədr müavinləri təyin olunub Dünən, 16:48 Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib Dünən, 16:48 Gəncəyə dolu yağır Dünən, 16:48 Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR