
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, o bununla bağlı "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.
"Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sabahkı açılışı ərəfəsində "BMT-Habitat"ın icraçı direktoru Anakludia Rossbax bütün dünyanı dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal forumda salamlayır", - məlumatda bildirilib. Qeyd olunur ki, dünyanın 180-dən çox ölkəsindən 40 000-dən artıq insanın qeydiyyatdan keçməsi hər kəsin adekvat mənzillə təmin olunması məsələsi üzrə dialoqu irəli aparmağa imkan verəcək.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
As #WUF13 prepares to open tomorrow in Baku, UN-Habitat Executive Director @AnacludiaRossb1 welcomes the world to the premier global forum on sustainable urbanization.
— World Urban Forum (@WUF_UNHabitat) May 16, 2026
With 40,000+ registrations from 180+ countries, WUF13 will advance dialogue on adequate housing for all. pic.twitter.com/oCl07JuhRZ
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.