Bu gün, 18:48 128

Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri açılacaq? - VACİB AÇIQLAMA

"Azərbaycan və Gürcüstan arasında sərnişin qatarı xidmətinin yenidən istifadəyə verilməsi ilə bağlı iki ölkə arasında razılıq əldə olunub və müvafiq anlaşmalar imzalanıb. Bu qərar yaxın zamanda həm Azərbaycan vətəndaşlarının, həm də Gürcüstanda yaşayan soydaşlarımızın qatar vasitəsilə rahat şəkildə Azərbaycana səfər etməsinə imkan yaradacaq".

Bunu AVESTA.AZ-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları da Gürcüstana daha rahat və münasib formada səyahət edə biləcəklər:

"Bu addım iki ölkə arasında gediş-gəlişin artmasına, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə, xüsusilə də turizm sektorunun inkişafına müsbət təsir göstərəcək. Qatar nəqliyyatı həm təhlükəsiz, həm də sərfəli nəqliyyat vasitəsi olduğuna görə vətəndaşların seçim imkanlarını genişləndirəcək.

Əvvəlki illərdə də Azərbaycan vətəndaşlarının bir hissəsi Gürcüstana səfər edərək oradan Türkiyə və digər Avropa ölkələrinə uçuşlar həyata keçirirdi. Xüsusilə nəzərə almaq lazımdır ki, Gürcüstanda aşağıbüdcəli ("low-cost") aviaşirkətlərin fəaliyyəti daha genişdir və münasib qiymətə aviabiletlər təqdim olunur. Bu baxımdan qatar əlaqəsinin bərpası vətəndaşların həmin imkanlardan daha rahat istifadə etməsinə şərait yaradacaq.

Azərbaycan və Gürcüstan arasında sərnişin qatarı xidmətinin yenidən fəaliyyətə başlaması təqdirəlayiq və mühüm addım hesab olunmalıdır. Bu qərarın nəticəsində hər iki ölkə arasında turist axınının artacağı, xüsusilə Gürcüstandan Azərbaycana gələn turistlərin sayında artım olacağı gözlənilir. Azərbaycan vətəndaşları da qatar vasitəsilə Gürcüstana daha rahat səfər etmək imkanı əldə edəcəklər".

Deputat əlavə edib ki, məsələ quru sərhədlərinin açılması mövzusunu da yenidən gündəmə gətirir:

"Bu istiqamətdə cəmiyyətdə müxtəlif suallar və gözləntilər mövcuddur. Nəzərə almaq lazımdır ki, quru sərhədlərinin açılması ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən mövcud şərait qiymətləndirilərək qəbul olunur. Burada regional təhlükəsizlik vəziyyəti, geosiyasi proseslər, mövcud çağırışlar və digər mühüm faktorlar nəzərə alınır.

Eyni zamanda, artıq sərnişin qatarı xidmətinin bərpası onu göstərir ki, müəyyən istiqamətlər üzrə kommunikasiya imkanlarının genişləndirilməsi müzakirə olunur. Bu baxımdan hesab edirik ki, mövcud vəziyyət hərtərəfli qiymətləndirilməklə, mərhələli şəkildə Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin açılması məsələsinə də baxılması məqsədəuyğun ola bilər.

Çünki hər iki ölkə Azərbaycan üçün strateji tərəfdaş, dost və qardaş ölkələr hesab olunur. Bununla belə, əsas prioritet məsələ Azərbaycan dövlətinin və vətəndaşlarının təhlükəsizliyidir. Bu səbəbdən bütün qərarlar təhlükəsizlik meyarları, regional vəziyyət və digər vacib amillər nəzərə alınmaqla qəbul edilir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq Bu gün, 19:48 Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verilib Bu gün, 19:48 BMT rəsmisi: "Əşyaların interneti bir çox yeni problemlər də gətirib" Bu gün, 19:48 Balıq bazarında qiymətlər niyə artır? Bu gün, 19:48 Azercell "Baku Flames" festivalında ilin "Ən Yaxşı Yerli Brend"i seçildi Bu gün, 19:48 "Haber Global": Türkiyə COP31-də Azərbaycanın təcrübəsindən yararlanacaq Bu gün, 19:48 Anar Quliyev: Azərbaycanın 7 şəhərinin baş planı təsdiqlənmə mərhələsindədir Bu gün, 18:48 WUF13 Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır– RƏY Bu gün, 18:48 WUF13-də şəhərlərin gələcəyi müzakirə edildi Bu gün, 18:48 Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri açılacaq? - VACİB AÇIQLAMA Bu gün, 18:48 Kəmaləddin Heydərov Belarusun memarlıq və tikinti naziri ilə görüşüb Bu gün, 18:48 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 "Urban Expo" sərgi məkanında konsert proqramı ilə çıxış edib Bu gün, 18:48 "Mango" brendinin qurucusunun oğlu atasının ölümündə şübhəli bilinir Bu gün, 17:48 Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib Bu gün, 17:48 Anar Quliyev: Azərbaycan "əvvəlkindən daha yaxşı inşa etmək" prinsipinin tərəfdarıdır Bu gün, 17:48 Anar Quliyev: Mənzilə tələbat təklifi üstələməyə davam edir Bu gün, 17:48 Rossbax: "Bakıya normadan 400 dəfə artıq yağış yağdı, mayda bunu kim gözləyərdi?" Bu gün, 17:48 Nikah və boşanma statistikasına dair yeni RƏQƏMLƏR Bu gün, 17:48 Azərbaycanda doğum sayı azalıb Bu gün, 17:48 Azərbaycanda 102 minə yaxın uşaq I sinfə qəbul olunub Bu gün, 17:48 KOBİA WUF13-ün "Urban Expo" sərgisində iştirak edir Bu gün, 17:48 Ekspert: "Mənzil təminatı HİV-lə bağlı ölüm riskini azalda bilər" Bu gün, 17:48 Qəbələ, Qax və Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək Bu gün, 17:48 AİB su təchizatı ilə bağlı Xəzəryanı ölkələrə 3.5 milyard dollar ayırıb Bu gün, 17:48 ASA: İntensiv yağışların vurduğu zərərin məbləği 1 milyon manatı ötəcək Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Görünüş MƏHDUDLAŞACAQ Bu gün, 17:48 Kreditinizi "Birbank"a gətirin, 6 %-dək endirim qazanın Bu gün, 16:48 Komitə rəsmisindən aliment ittihamı: "İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb" Bu gün, 16:48 Yango və JET tətbiq daxilində elektrikli skuter icarəsini İSTİFADƏYƏ VERDİ Bu gün, 16:48 Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Azərbaycanda avtomobil və taksi ilə səyahətlərin payı 30 %-ə endiriləcək Bu gün, 16:48 Eldar Əzizov: Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır Bu gün, 16:48 "Haber Global"ın WUF13-dən növbəti reportajı: Azərbaycanın inşaat təcrübəsindən danışıldı Bu gün, 16:48 Azərbaycanda əhalinin sayı 5814 nəfər artıb Bu gün, 16:48 Bakı meri: Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq Bu gün, 16:48 Prezidentin WUF13 mesajı: Şəhərsalma sadəcə memarlıq deyil, dövlətlərin strateji güc indikatorudur Bu gün, 16:48 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Azərbaycanda daha bir aqropark yaradılıb Bu gün, 16:48 "Mango" brendinin qurucusunun oğlu atasının ölümünə görə həbs edilib Bu gün, 16:48 Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb Bu gün, 15:48 2040-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə şəhər əhalisinin 354 mini keçəcəyi gözlənilir Bu gün, 15:48 Dövlət Komitəsinin sədri: "Ərazilərimiz dünyada minalarla ən çox çirklənmiş bölgələr arasındadır" Bu gün, 15:48 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib Bu gün, 15:48 Rəşad Nəbiyev: "Daha çox yol tikmək tıxac problemini həll etmir" Bu gün, 15:48 Laçının sənaye müəssisələri: Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? Bu gün, 15:48 Hikmət Hacıyev Anaklaudia Rossbaxa təşəkkür etdi Bu gün, 15:48 Rəşad Nəbiyev: "Yollarda cəmi 20 000 taksi var və sosial problemlər yoxdur" Bu gün, 15:48 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR