Bu gün, 22:48 74

Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüş keçirib.

Xarici İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, görüş zamanı Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Növbəti il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla qeyd olunub.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur quruculuğu və post-münaqişə bərpa sahəsində əldə etdiyi təcrübəyə maraq ifadə edib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub. Bununla yanaşı, Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyası ilə əlaqədar göstərdiyi humanitar yardımlar məmnunluqla xatırlanıb.

C.Bayramov post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, habelə regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.

Səfər çərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.

Paylaş

Xəbər lenti

Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub Bu gün, 22:48 "Haber Global" Şuşa və Trabzon şəhərlərinin qardaşlaşması barədə süjet hazırladı Bu gün, 22:48 "Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu Bu gün, 22:48 "Əvvəl belə deyildi, amma..." - Doğma kəndində işləyən müəllim duyğularını bölüşdü Bu gün, 22:48 Bakıdan Tbilisiyə qatarlar hər gün saat 23:10-da yola düşəcək Bu gün, 22:48 Xalisa və Vazgen Sarkisyanın qanlı yolu Bu gün, 21:48 Rusiyalı məşhur bloqerlərin yarımçıq qalmış mülkü 870 milyon rubla satılıb Bu gün, 21:48 WhatsApp-da ən çox yayılan viruslar - Təhlükələr və qorunma yolları Bu gün, 21:48 Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur Bu gün, 21:48 Parlamentin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı müzakirə olunub Bu gün, 21:48 UN-Habitat şəhərsalma ilə bağlı tövsiyələrini altı tematik sahə üzrə qruplaşdırıb Bu gün, 20:48 WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 NGO Forum" keçirilib Bu gün, 20:48 Stress insanı kor edə bilər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ Bu gün, 20:48 WUF13-də şəhər iqlimi üzrə müşavirələrin institusionallaşdırılması müzakirə olunub Bu gün, 20:48 Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq Bu gün, 19:48 Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verilib Bu gün, 19:48 BMT rəsmisi: "Əşyaların interneti bir çox yeni problemlər də gətirib" Bu gün, 19:48 Balıq bazarında qiymətlər niyə artır? Bu gün, 19:48 Azercell "Baku Flames" festivalında ilin "Ən Yaxşı Yerli Brend"i seçildi Bu gün, 19:48 "Haber Global": Türkiyə COP31-də Azərbaycanın təcrübəsindən yararlanacaq Bu gün, 19:48 Anar Quliyev: Azərbaycanın 7 şəhərinin baş planı təsdiqlənmə mərhələsindədir Bu gün, 18:48 WUF13 Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır– RƏY Bu gün, 18:48 WUF13-də şəhərlərin gələcəyi müzakirə edildi Bu gün, 18:48 Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri açılacaq? - VACİB AÇIQLAMA Bu gün, 18:48 Kəmaləddin Heydərov Belarusun memarlıq və tikinti naziri ilə görüşüb Bu gün, 18:48 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 "Urban Expo" sərgi məkanında konsert proqramı ilə çıxış edib Bu gün, 18:48 "Mango" brendinin qurucusunun oğlu atasının ölümündə şübhəli bilinir Bu gün, 17:48 Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib Bu gün, 17:48 Anar Quliyev: Azərbaycan "əvvəlkindən daha yaxşı inşa etmək" prinsipinin tərəfdarıdır Bu gün, 17:48 Anar Quliyev: Mənzilə tələbat təklifi üstələməyə davam edir Bu gün, 17:48 Rossbax: "Bakıya normadan 400 dəfə artıq yağış yağdı, mayda bunu kim gözləyərdi?" Bu gün, 17:48 Nikah və boşanma statistikasına dair yeni RƏQƏMLƏR Bu gün, 17:48 Azərbaycanda doğum sayı azalıb Bu gün, 17:48 Azərbaycanda 102 minə yaxın uşaq I sinfə qəbul olunub Bu gün, 17:48 KOBİA WUF13-ün "Urban Expo" sərgisində iştirak edir Bu gün, 17:48 Ekspert: "Mənzil təminatı HİV-lə bağlı ölüm riskini azalda bilər" Bu gün, 17:48 Qəbələ, Qax və Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək Bu gün, 17:48 AİB su təchizatı ilə bağlı Xəzəryanı ölkələrə 3.5 milyard dollar ayırıb Bu gün, 17:48 ASA: İntensiv yağışların vurduğu zərərin məbləği 1 milyon manatı ötəcək Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Görünüş MƏHDUDLAŞACAQ Bu gün, 17:48 Kreditinizi "Birbank"a gətirin, 6 %-dək endirim qazanın Bu gün, 16:48 Komitə rəsmisindən aliment ittihamı: "İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb" Bu gün, 16:48 Yango və JET tətbiq daxilində elektrikli skuter icarəsini İSTİFADƏYƏ VERDİ Bu gün, 16:48 Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Azərbaycanda avtomobil və taksi ilə səyahətlərin payı 30 %-ə endiriləcək Bu gün, 16:48 Eldar Əzizov: Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır Bu gün, 16:48 "Haber Global"ın WUF13-dən növbəti reportajı: Azərbaycanın inşaat təcrübəsindən danışıldı Bu gün, 16:48 Azərbaycanda əhalinin sayı 5814 nəfər artıb Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR