
ABŞ prezidenti Donald Tramp İranla bağlı danışıqların davam etdiyini və müharibənin qısa zamanda başa çatacağını bildirib.
AVESTA.AZ xəbər verir ki, Tramp bu barədə Ağ evdə Konqres üzvləri ilə görüşü zamanı danışıb.
O qeyd edib ki, Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsi yaxın vaxtlarda məlum olacaq.
"Bu müharibəni çox qısa müddətdə bitirəcəyik. Onlar razılıq əldə etmək istəyirlər və artıq bu vəziyyətdən yorulublar. Düşünürəm ki, məsələni tezliklə həll edəcəyik", – deyə Tramp bildirib.
ABŞ prezidenti çıxışında İranın hərbi potensialına ciddi zərbə vurulduğunu da iddia edib.
"Onların donanmasını məhv etdik, hava qüvvələri artıq yoxdur, hava hücumundan müdafiə sistemləri sıradan çıxıb", – Tramp vurğulayıb.
O həmçinin bildirib ki, ABŞ heç bir halda İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
"Biz buna dözməyəcəyik", – ABŞ prezidenti əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.